• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Azərbaycan çempionu tituluna sahib oldu

“Nar” Azərbaycan çempionu tituluna sahib oldu
24.01.2022 15:09
"Nar” komandası bütün rəqiblərini geridə qoyaraq "Breyn Rinq” üzrə 2021-cu ilin Azərbaycan çempionu tituluna sahib olub. Azərbaycannın  6 universitet və 6 region komandası da daxil olmaqla 16 komanda 4  ay boyunca gərgin mübarizə aparıb. Finalda "Nar” komandası "Bilik” kubokunun sahibi "Bridge” komandası ilə qarşılaşıb və ilin qalib olub. 


"Azerfon”un Baş icraçı direktoru Qunnar Panke qalib "Nar” komandasının üzvləri ilə görüşub və onları təbrik edib: "Nar” komandasının mütləq çempion olaraq xüsusi seçilməsi sizin əzminiz, savadınız və cəld düşünmə qabiliyyətiniz sayəsində olub. Belə savadlı gənclərin nailiyyətləri bizi sevindirir və uğurlarınızın davamlı olmasını diləyirəm”.


Qeyd edək ki, "Breyn Rinq” bilik yarışı "Nar”ın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində elm və təhsilə dəstək layihələrindən biridir. Mobil operator artıq 9 ildir ki, "Breyn Rinq” intellektual oyununa dəstək olur. "Nar”ın sosial layihələri haqqında ətraflı məlumatı http://www.nar.az səhifəsindən əldə etmək olar. 


"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol