• $
  • €
  • ₽
  • ₺
  • £

"Yeni avaz" saytı cərimələndi - YENİLƏNDİ

"Yeni avaz" saytı cərimələndi - YENİLƏNDİ
03.02.2022 17:41
Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun "Azərmedia” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qaldırdığı iddia ilə bağlı qərar verib. 
 
Həmin qərara əsasən "Yeniavaz" xəbər saytı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.2 bəndi ilə 1500 manat cərimə olunub. Bu barədə saytın rəhbəri Anar Qaraxançallı anews.az-a açıqlamasında bildirib. 
 
Təsisçinin sözlərinə görə, yaxın günlərdə qərarla bağlı apellyasiya şikayəti etmək niyyətindədir.  
 -------
Fevralın 3-də Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun "Azərmedia” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qaldırdığı iddiaya baxacaq.

"Baş Prokrorluğun bizi məhkəmə verməsi ilə bağlı heç bir rəsmi məktub və bildiriş almamışdıq. Əməkdaşlarımızdan biri təsadüfən "e-məhkəmə" portalından məhkəməyə verilməyimiz barəsində bildirişi görüb. Media hüquqşünasları deyir ki, adətən belə məhkəmələ barədə cavabdehə iclasa bir saat qalmış deyirlər ki, qarşı tərəf hazırlaşa bilməsin",  -  deyə təsisçi bildirib.
 
Onun sözlərinə görə, onlara qarşı qaldırılan bu iddia ölkədə  yeni xoşagəlməz presedent yaradır. "Çoxluq bizim işdəki təhlükənin fərqində deyil. Bu anormal yanaşma sabah şəxsi profillərə kimi tətbiq oluna bilər. Cəmiyyət olaraq buna etiraz etməliyik", - deyə Anar Qaraxançallı qeyd edib.
 
2022-ci il yanvarın 24-də  "Yeniavaz.az” xəbər portalının feysbukdakı səhifəsində qanunla qadağan edilmiş informasiya yayan sosial media istifadəçisi Namiq Əliyev inzibati məsuliyyətə cəlb olunub. Əliyev Namiq Səməd oğlu barəsində  "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-2.3.9-cu bəndi ilə yayılması qadağan edilən, demokratik təsisatlara qarşı təzyiqlərin göstərilməsi, dövlət orqanlarının fəaliyyətlərinin pozulması, ölkədə idarəetmə səviyyəsinin aşağı düşməsinə yönələn çağırışlar etmə, həmçinin təhqir və ya böhtan xarakteri daşıyan informasiyanı "Facebook” sosial şəbəkəsində yerləşdirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlayıb Bakı şəhəri, Binəqədi rayon məhkəməsinə göndərilibdir.  Məhkəmənin qərarı ilə Namiq Əliyev barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib. Namiq Əliyevin "Facebook” sosial şəbəkəsində ona məxsus olan "Yeniavaz.az” səhifəsində yuxarıda təsbit olunan informasiyanı götürməməsinə görə, hüquqi şəxs "Azərmedia” MMC barəsində İXM-nin 388-1.1.2-ci (internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nəsimi rayon məhkəməsinə göndərilib.
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Cəmiyyət 10:23
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol