• $
  • €
  • ₽
  • ₺
  • £

3 saylı xəstəxananın baş həkimi işdən çıxarıldı

3 saylı xəstəxananın baş həkimi işdən çıxarıldı
29.05.2020 10:33
Sabunçu rayonunda yerləşən və daha çox “kriminal xəstəxana” kimi tanınan 3 saylı şəhər klinik xəstəxanasının baş həkimi Xəlil İdris oğlu Məmmədov işdən çıxarılıb.Bu barədə virtualaz.org saytına həmin xəstəxanadan məlumat verilib. 3 saylı xəstəxanaya baş həkim də təyin edilib. Bu vəzifə Fikrət Məmmmədəli oğlu Zeynalova həvalə olunub.Qeyd edək ki, F.Zeynalov buna qədər “kəndçilər xəstəxanası” kimi tanınan Fuad Əfəndiyev adına 4 saylı şəhər klinik xəstəxanasının baş həkimi olub. 4 saylı şəhər xəstəxanası bağlanandan sonra xəstəxananın bir hissəsi 3 saylı xəstəxananın ərazisinə köçürülüb.X.Məmmədovun işdən çıxarılması səhhəti ilə əlaqələndirilir.Səhiyyə Nazirliyindən virtualaz.org saytına daxil olan məlumatda isə deyilir ki, nazirliyin “qaynar xətt” xidmətinə daxil olan şikayətlərin əksəriyyəti 3 saylı xəstəxanadakı tibbi xidmətlə bağlı olur. Çünki xəstəxana əsasən kriminal hadisələr, qəzalar zamanı yaralananları qəbul edir, əhalinin aztəminatlı təbəqəsi ilə işləyir. Bundan əlavə, nazirliyin qərarı ilə şəkərli diabet xəstəsi olan hamilə qadınlar yalnız 3 saylı xəstəxanaya ünvanlandırılır.Xatırladaq ki, “Semaşko” kimi tanınan Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov da nazirliyin qərarı ilə vəzifəsindən kənarlaşdırılaraq yeni istifadəyə verilən Bakı Sağlamlıq Mərkəzinə baş həkim göndərilib.Kliniki Tibbi Mərkəzin baş həkimi vəzifəsinə isə Səhiyyə Nazirliyinin Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Sultan Əliyev təyin olunub. Sultan Əliyev uzun müddət nazirlikdə şöbə müdiri işləyib. Baş həkimin yaşının 75-ə yaxın olduğu bildirilir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol