• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənovun oğlunun Mayamidə nə işlə məşğul olduğu bilindi...

Əli Həsənovun oğlunun Mayamidə nə işlə məşğul olduğu bilindi...
08.02.2022 16:15
Azərbaycanı tərk edərək ABŞ-a köçən Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli Florida ştatının ikinci ən böyük şəhəri olan Mayaminin aparıcı daşınmaz əmlak şirkətlərindən olan "Zylberglait Group”da işə düzəlib.

Yeniavaz.com-un əldə etdiyi məlumata görə, Şamxal Həsənli daşınmaz əmlak şirkətində maliyyə analitiki vəzifəsində çalışır.

Şirkətdən bildiriblər ki, Şamxal Həsənli daha əvvəl də onlarla əməkdaşlıq edib. Qeyd olunur ki, Şamxal Həsənlinin Bakıda da oxşar sahədə fəaliyyti olub və bu sahədə böyük təcrübəsi var. 

Hazırda ailəsilə birgə Mayamidə olan Şamxal Həsənli ötən il Nyu-York şəhərindəki Kolumbiya Universitetindən məzun olub. 

Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin məhkəmə iclasında  şahidlərdən Kəmaləddin Abdullayev deyib ki, V.Səfərlini və digər təqsirləndirilən şəxslərdən bir neçəsini tanıyır: "Portos” MMC-də baş mühasib işləmişəm, pul köçürmələrini həyata keçirmişəm. Bir dəfə köçürülən 600 min manat pulu təsisçinin nümayəndəsi Şamxal Həsənliyə vermişəm”. 

Məhkəmədə Əli Həsənovun oğlu Şamxal Həsənlinin məhkəməyə şahid kimi dəvət olunması ilə bağlı vəsatət qaldırılsa da, vəsatət təmin edilməyib.
Bundan başqa ötən ilin may ayında "Azərkosmos” ASC Şamxal Həsənlinin rəhbərlik etdiyi "Kaspi Global” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb. Məhkəmə iddiasında "Kaspi Global” MMC-nin "Azərkosmos” ASC-yə borcunun olduğu bildirilir. Məhkəmə iddiasından sonra Şamxal Həsənli "Kaspi Global” MMC-nin rəhbərliyindən çıxaraq yerini Kərimov Etiram Kərim oğluna təhvil verib. 

Əli Həsənovun ailə üzvləri Azərbaycanda otel, turizm, qida, təhsil və hazırlıq kursları, radio, qəzet, prodakşn kimi sahələrdə biznes fəaliyyətilə məşğul olublar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol