Vilayət Eyvazovdan yeni təyinat

Ağdaşa yeni polis rəisi təyin olunub.
www.anews.az
Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Binəqədi rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Həsənalıyev Vəfalı Həsən oğlu tutduğu vəzifədən azad edilib.
Nazirin digər əmri ilə o, Ağdaş rayon Polis Şöbəsinə rəis təyin edilib.
Ağdaş rayon Polis Şöbəsinin sabiq rəisi polis polkovniki Rasim Mustafayev idi. O, bir müddət öncə vəzifəsindən azad olunaraq, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Rasim Mustafayev Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin qardaşıdır.(Lent.az)
www.anews.az
Son xəbərlər 
Daha çox 























