Lənkəran rayonunun Jidi kənd məktəbində müəllim işləyən Leyla Qarazadə möhtəşəm görüntülərlə hamının diqqətini cəlb edib.
Rayon mərkəzindən 45 kilometr uzaqda yerləşən Jidi kəndində kinoteatr olmadığından gənc müəllim bunu məktəbdə təşkil etməyə qərar verib. O, qonşu kənddən proyektor və digər lazımi avadanlıqları əldə edərək kinotatrı məktəbə "gətirib". Bayırda qar yağdığı bir zamanda əllərində popkorn film izləyən məktəblilər çətin ki, bu günü unudalar.
www.anews.az