• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdəki əmlakları müsadirə edilən azərbaycanlı məmurlar kimlərdir? - VİDEO

Xaricdəki əmlakları müsadirə edilən azərbaycanlı məmurlar kimlərdir? - VİDEO
09.02.2022 22:15
Son illər xaricdəki əmlakları müsadirə edilən azərbaycanlı məmurlar barədə video hazırladıq. Məlumatlar "azadlıq radiosu" və "meydan tv" media orqanları, Böyük Britaniyanın Milli Cinayət Agentliyi, Britaniya mətbuatından götürülüb.
 
2018-ci ildə Londonda korrupsiyaya qarşı mübarizə qanununun ilk hədəfi Azərbaycan Beynəlxalq Bankının həbsdə olan sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva oldu. Londonda Hacıyevaya məxsus 11.5 milyon funt sterlinqə alınmış (15.13 milyon dollar) evin müsadirəsi gündəmə gəldi.

Böyük Britaniyanın ilk "McMafia-sayağı” çirkli pul istintaqının gedişində Zamira Hacıyevaya məxsus 400 min funt sterlinq dəyərində ziynət əşyaları müsadirə edilib. Bu barədə Böyük Britaniya mətbuatı yazır.

2021-ci ildə DJ Mikaela Jav’ın 4 milyon funt sterlinqi (5,5 milyon dollar) müsadirə edilib. Mikaela Javın  Cəlal Əliyevin qızı olan İzzət Xanım Cavadova olduğu az sonra açıqlandı. Onu və əri Süleyman Cavadov qeyri-şəffaf mənbələrdən 13,9 milyon funt sterlinq aldığı üçün İngiltərənin Milli Cinayət Agentliyi barələrində araşdırmaya başladı. Araşdırmalar sonrası  onların əmlakı müsadirə edildi. 

2022-ci ilin əvvəlində Azərbaycanın deputatı, Böyük Britaniya-Azərbaycan, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Britaniyanın bank hesablarındakı 5,6 milyon funt-sterlinqin müsadirəsi ilə bağlı qərar çıxarılıb. Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) araşdırmalarından sonra Feyziyev hər hansı çirkli pulların yuyulmasında və qanunsuz fəaliyyətdə iştirakını  inkar edib.
 
İngiltərədə Kəmaləddin Heydərova məxsus çoxsaylı şirkətləri oğlanları Nicat və Taleh Heydərovların idarə etdiyi aşkarlanıb. Məlum olub ki, indiyədək Heydərov qardaşlarının adına İngiltərədə 12 şirkət və cəmiyyət qeydiyyatdan keçirilib. Lakin o şirkətlərin müsadirə edilib-edilməməsi barədə hər hansı rəsmi informasiya mətbuatda öz əksini tapmayıb. 
 

 
Hazırladı - Gülnar Nazimqızı, Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol