• $
  • €
  • ₽
  • ₺
  • £

Saməddin Məmmədov azadlığa buraxıldı

Saməddin Məmmədov azadlığa buraxıldı
09.02.2022 23:53
Saməddin Məmmədov məhkəmə zalından azadlığa buraxılıb.


Bu barədə "Azadlıq” qəzetinin "facebook" hesabında məlumat paylaşılıb.


Bildirilib ki, bu gün Cəlilabad rayon məhkəməsində hakim Qalib Paşayevin sədrliyi ilə Saməddin Məmmədov, onun oğlu Nahid Məmmədov və bacısı oğlu Elsevər Məmmədov barəsində hökm oxunub.


Saməddin Məmmədov 2 il 8 ay, Nahid Məmmədov 2 il, Elsevər Məmmədov isə 1 il 6 ay şərti olaraq azadlıqdan mərhum edilib.


Ötən ilin sentyabrın 27-də S.Məmmədov, oğlu Nahid və bacısı oğlu Elsevər Məmmədovlə birlikdə Cəlilabad rayonunun Məşədivəlli kənd sakini Elşən Cəfərovun onlar barəsində sosial şəbəkələrdə paylaşım etməsinə görə Cəlilabad şəhərindəki Şəhidlər Xiyabanında keçirilən kütləvi tədbir vaxtı onunla mübahisə edib. Bu zaman onu döyərək xuliqanlıq etməkdə təqsirləndirilib.


Faktla bağlı Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb və S.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol