• $
  • €
  • ₽
  • ₺
  • £

Evlərin qiymət artımına səbəb nədir?-EKSPERT

Evlərin qiymət artımına səbəb nədir?-EKSPERT
10.02.2022 17:45
Son iki ayda daşınmaz əmlak bazarında canlanma müşahidə olunur. Bunu həm ev satanlar, həm də ekspertlər vurğulayırlar.
 
Evini satışa çıxaran Bakı sakini Rafiq Məmmədov anews.az-a bildirib ki, son 1 ayda evlərin qiymətində kəskin artım var.
 
"7-8 aydır Günəşlidə 9 mərtəbəli binadakı 3 otaqlı mənzilimi satmaq istəyirəm. Elan yerləşdirib, satışa qoymuşam, amma demək olar ki, bazarda durğunluq olduğundan,  heç 1 dəfə belə maraqlanan yox idi. Ancaq yanvar-fevraldan xeyli canlama hiss olunur. Demək olar ki, gündə iki zəng  gəlir, hətta elə olur ki, iki gündən bir gedib, mənzilə baxırlar.  Maklerlərin dediyinə görə, camaat dolların qalxmağını gözləyir. Əllərində olan pulu yatırmağa tələsirlər.
 
Daşınmaz əmlak üzrə ekspert Elnur Azadovun fikrincə isə, son bir ildə qiymətlərdə bahalaşma özünü göstərir və qiymət artımına səbəb çoxdur. 
 
"Artıq tikinti şirkətlərinə az həcmdə bina tikmək sərf etmir. Son 1 ildə qiymətlətləri tədricən artırırlar. Buna da müəyyən səbəblər təsir edir.
 
1. Şəhərsalma normativlərinin sərtləşməsi, misal üçün əvvəllər tikinti şirkətləri 1 hektar ərazidə sərbəst 50 min  kvadrat metr bina tikə bilirdi. Ancaq artıq bu prosses iki dəfə artıb.  
 
2. Tikinti şirkətlərinə yeni vergi tətbiqləri müəyyən olunub.
 
3. İnşaat materialları bahalaşıb.
 
4. Devalvasiya riski.
 
Bu səbəblərə görə tikinti şirkətlərində canlanma müşahidə olunur.

Ölkədə və dünyada baş verən qiymət artımına görə, evlərin qiymətinin qalxması da səbəblərdən biri hesab olunur. Artıq 2015-ci ilin fevralından baş verən devalvasiya hər ilin yanvar-fevralında insanlarda düşüncə yaradır ki, devalvasiya yenidən ola bilər. Səbəb isə ilin əvvəlində büdcə formalaşır və insanlar düşünürlər ki, devalvasiya riski yarana bilər.  Bu səbəbdən də bu aylarda insanlar daşınmaz əmlaka yatırım edir. Bu da öz növbəsində canlanmaya səbəb olur", - deyə ekspert əlavə edib.
 Aytac Zeynalova



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol