Bakıda koronavirusa görə bağlanan 149 və 184 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.