• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Nazir Boks Federasiyasında ilk iclasını keçirdi

Nazir Boks Federasiyasında ilk iclasını keçirdi
12.02.2022 17:55
Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayevin sədrliyi ilə qurumun İdarə Heyətinin ilk iclası keçirilib.
 
Boks Federasiyasından verilən məlumata görə, tədbirdə qarşıda duran prioritet məsələlər müzakirə edilib.
 
Federasiya prezidenti qurumun fəaliyyəti, ölkəmizdə boksun daha da inkişafı üçün Konsepsiyanın hazırlanması ilə bağlı tapşırıqlar verib. Sahil Babayev boks idman növünün Azərbaycandakı coğrafiyasının genişləndirilməsinin vacibliyini önə çəkib. O vurğulayıb ki, kütləviliyi təmin etmək və maddi-texniki bazanın gücləndirilməsi əsas amillərdən biridir. Nazir məşqçilərə, boksçulara, hakimlərə, həmçinin idmançıların sağlamlığına cavabdeh olan tibb işçilərinə xüsusi diqqətin ayrılması ilə bağlı göstərişlər verib.
 
Sahil Babayev İdarə Heyəti ilə bu il keçiriləcək həm ölkədaxili, həm də beynəlxalq yarışlarla bağlı fikir mübadiləsi aparıb. O qeyd edib ki, ilin sonunadək olacaq turnirlərdə Azərbaycana medallar qazandırmaq qısa müddətli plana daxildir. Orta müddətli hədəfin Paris-2024 Yay Olimpiya Oyunları olduğunu vurğulayan nazir 4 illiyin ən möhtəşəm yarışında da fəxri kürsüyə yüksəlməyin əsas məqsəd olduğunu deyib. Sahil Babayev İdarə Heyətinə uzunmüddətli planı da açıqlayıb.
 
Nazir vurğulayıb ki, hədəf yeni gənc boksçu nəslinin yetişdirilməsi və bu idman növünün hər bir rayonda inkişafına nail olmaqdır. Bunun üçün seçimlər həyata keçirilməli və federasiyada bu məsələlərlə bağlı şöbələr yaradılmalıdır.
 
ABF-in vitse-prezidenti Vüsal Nəsirli və İdarə Heyətinin üzvləri Fuad Hacıyevlə Rövşən Hüseynov Konsepsiya ilə bağlı öz təkliflərini veriblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən ayrılıb? - AÇIQLAMA
Cəmiyyət 15:46
Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən ayrılıb? - AÇIQLAMA
UEFA-dan “Qarabağ” - “Bayer” matçı ilə bağlı diqqətçəkən paylaşım - Foto
Cəmiyyət 22:21
UEFA-dan “Qarabağ” - “Bayer” matçı ilə bağlı diqqətçəkən paylaşım - Foto
Azərbaycan Voleybol Federasiyasına yeni prezident seçilib
Cəmiyyət 16:22
Azərbaycan Voleybol Federasiyasına yeni prezident seçilib
Bakıda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş parad keçirilib
Cəmiyyət 18:00
Bakıda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş parad keçirilib
Azərbaycanın olimpiya çempionu həbs edilib
Cəmiyyət 14:22
Azərbaycanın olimpiya çempionu həbs edilib
Cəmiyyət 23:30
"Neftçi"nin futbolçusu əməliyyat olunub
Futbol hakimlərimiz qəzaya düşdü - Yenilənib + Ölən var
Cəmiyyət 23:50
Futbol hakimlərimiz qəzaya düşdü - Yenilənib + Ölən var
Azərbaycanın tanınmış idman xadimi vəfat etdi
Cəmiyyət 22:30
Azərbaycanın tanınmış idman xadimi vəfat etdi
Yaşar Vahabzadə istefaya göndərildi
Cəmiyyət 13:17
Yaşar Vahabzadə istefaya göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol