• $
  • €
  • ₽
  • ₺
  • £

KXCP Milli Şuradan istefa verib

KXCP Milli Şuradan istefa verib
04.05.2014 13:30

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Milli Şuradan istefa verib.

APA-nın xəbərinə görə, bu barədə qərarı qurumun sessiyasında KXCP sədri Mirmahmud Mirəlioğlu açıqlayıb.

 

Milli Şuraya yeni üzvlərin qəbulu ilə bağlı məsələnin müzakirəsi zamanı M.Mirəlioğlu AXCP üzvlərinin Milli Şuranın üzvlüyünə daxil olunmasına etirazını bildirib və partiya olaraq qurumdan istefa verdiklərini bəyan edib. O, partiyasının qərargahının bundan sonra da Milli Şuranın üzünə açıq olacağını deyib.

 

AXCP sədri Ə.Kərimli isə deyib ki, üzvlüyə təklif etdiyi adamlar onsuz da Milli Şuranın işində fəal iştirak ediblər: “Lazım gələrsə, mən onların bəzilərinin namizədliyini geri götürə bilərəm. Partiyanın Rəyasət Heyətinin üzvü Məhəmməd Talıblının namizədliyini geri çəkirəm. Məhəmməd bəy partiya rəhbərliyində təmsil olunur. Qənimət Zahidin namizədliyini geri götürə bilərik. Bizim burada heç bir şəxsi, qrup marağımız yoxdur. İndi doğrudanmı KXCP-nin buradan çıxmasına səbəb yeni üzvlərin qəbul edilməsidir? Əgər səbəb budursa, yeni üzvlərin qəbulu dayandırıla bilər. İstəmirik KXCP Milli Şuradan getsin”.

 

C.Həsənli qeyd edib ki, quruma yeni üzvlərin qəbulu məsələsi Koordinasiya Mərkəzində müzakirə olunub və hər şey razılaşdırılıb: “Əgər məsələni müzakirə edən zaman Mirmahmud Mirəlioğlu etiraz etsəydi, onda biz anlayardıq”.

 

Gültəkin Hacıbəyli isə bildirib ki, M.Mirəlioğlu Koordinasiya Mərkəzində yeni üzvlərin qəbulu məsələsinin müzakirəsində iştirak edib və etiraz etməyib: “Qaldı ki, bələdiyyə seçkilərinə, sizin partiya seçkilərdə iştirakla bağlı ayrıca qərar verib. Başqa nədən narazısınız?”

 

Sonradan KXCP Ali Məclisinin sədri Bəybala Əbil partiyasının Milli Şurada qaldığını sessiya iştirakçılarının diqqətinə çatdırıb. APA-nın əməkdaşı Mirmahmud Mirəlioğlunun özü ilə əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirməsini xahiş edib. KXCP sədri Milli Şuranı tərk etmək barədə qərarının qəti olduğunu söyləyib.

APA

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol