• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qəbul imtahanları keçirilir

Azərbaycanda qəbul imtahanları keçirilir
04.05.2014 10:00

Bu gün Azərbaycanda 2014-2015-ci tədris ili üzrə qəbul kampaniyası çərçivəsində ilk qəbul imtahanının keçirilməsinə başlanılır. Bu gün rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirilir.

İmtahanda 8215 abituriyent iştirak edəcək. Abituriyentlərin 3676 nəfəri oğlan, 4539 nəfəri qızdır. 5863 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki məzunu, 2352 nəfər isə əvvəlki illərin məzunlarıdır. 35 abituriyent ali təhsil müəssisələrinin məzunları, 363 abituriyent isə orta ixtisas təhsil müəssisələrinin məzunlarıdır. Ən yaşlı abituriyent 1970-ci il təvəllüdlü, ən gənc abituriyent isə 1999-cu il təvəllüdlüdür.

İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində keçiriləcək.

Bakı şəhərində 5367 , Naxçıvanda 27 , Gəncədə 865, Sumqayıtda 524, Şəkidə 357, Ağcabədidə 102, Göyçayda 206, Şirvanda 128, Lənkəranda 134, Xaçmazda isə 505 nəfər abituriyentin imtahan verməsi nəzərdə tutulub.

İmtahan Bakı şəhərində 9, Naxçıvanda 1, Gəncədə 2 , Sumqayıtda 1, Şəkidə 1, Ağcabədidə 1, Göyçayda 1 , Şirvanda 1, Lənkəranda 1, Xaçmazda 1 binada keçirilir.

Qeyd edək ki, rus bölməsinin abituriyentləri üçün “Azərbaycan” dili fənni üzrə ikinci imtahan iyulun 3-də keçiriləcək.

Trend

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol