Ənvər Əhməd vəfat etdi

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ənvər Əhməd 78 yaşında vəfat edib.
Ənvər Əhməd 1943-cü il avqustun 8-də Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
O, müxtəlif illərdə Xankəndi Dövlət Pedaqoji İnstitutunun rektoru, Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının direktoru , Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru olub. Sonuncu iş yeri Təhsil Problemlər İnstitutunun şöbə müdiri vəzifəsi olub. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədri seçilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib























