“Buta Airways” Bakı-Həştərxan reysini ləğv edib

Rusiyanın cənub hava limanlarından uçuşlara məhdudiyyətlər qoyulması səbəbindən "Buta Airways" aviaşirkəti cümə axşamı üçün nəzərdə tutulan Bakı-Həştərxan-Bakı reysini ləğv edib, bu barədə AZAL-dan bildirilib.
Qeyd edilib ki, Rosaviasiyanın məlumatına əsasən, cənub hava məkanından istifadəyə qadağa qoyulduğu üçün bu gün Həştərxan hava limanından bütün reyslər ləğv olunub.
Ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və ya cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.
www.anews.az