• $
  • €
  • ₽
  • ₺
  • £

Xocavənddə kütləvi məzarlıq aşkarlanıb

Xocavənddə kütləvi məzarlıq aşkarlanıb
24.02.2022 15:16
Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb.

Sözügedən məzarlıq Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında müəyyən edilib.

İşçi qrupunun üzvü Zaur İsmayılov Trend-ə açıqlamasında bildirib ki, araşdırmalar zaman məlum olub ki, işğaldan azad edilən Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da belə məzarlıqlar mövcuddur.

"Onlardan biri də Xocavəndin Edilli kəndindədir. Şahidlərin ifadələrinə əsasında məzarlığın aşkarlanması mümkün olmuşdur. İlkin məlumatlara görə, orda 15-20 nəfərin qalıqlarının olma ehtimalı var.

Dövlət Komissiyasında bəzi kütləvi məzarlıqların məlumatları var. GPRS koordinatlar müəyyən olunub. Orada dəfn olunan insanların sayı müəyyənləşib. Ardıcıl olaraq, ərazilər minalardan təmizləndikcə, məzarlıqlar da açılacaqdır", - deyə o əlavə edib.

Zaur İsmayılov bildirib ki, Füzuli rayonunun Seyidəhmədli kəndində keçmiş "Kolxoz idarəsi” deyilən ərazidəki meydançada 10 nəfərdən çox azərbaycanlının basdırıldığı kütləvi məzarlıq barədə də məlumatlar da var. Həmin ərazi minalı olduğu üçün hələlik araşdırma aparmaq mümkün olmayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol