“Qazprom”un maliyyə meneceri intihar etdi - Foto

Fevralın 25-də Rusiyanın Leninqrad vilayətində "Qazprom”un Korporativ Təhlükəsizlik üzrə Vahid Hesablaşma Mərkəzinin baş direktor müavini Aleksandr Tyulyakov özünü qarajda asaraq intihar edib,bu barədə Rusiya mediası məlumat verib.
İntiharın səbəbi məlum deyil. "Qazprom” məsələ ilə bağlı açıqlama verməyib.
Aleksandr Tyulyakov 2014-cü ilin mart ayından Rusiyanın 9 bölgəsinə yanacağın ixracı və daşınması ilə məşğul olan "Qazprom”un 100% törəmə şirkəti olan "Qazprom Transgaz Sankt-Peterburq”da korporativ təhlükəsizlik və insan resursları üzrə baş direktor müavini vəzifəsində çalışıb.

www.anews.az
Son xəbərlər 
Daha çox 























