• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əliyevin məhkəməsi təxirə salındı

Əli Əliyevin məhkəməsi təxirə salındı
01.03.2022 10:57
Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin  şikayəti əsasında təyin olunan  məhkəmə iclası təxirə salınıb.
 
Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə xüsusi ittihamçı, kapitan Ramin Ədilovun nümayəndəsi vəsatət qaldıraraq müdafiə etdiyi şəxsin səhhətində problem yarandığı üçün iclasda iştirak edə bilmədiyini deyib. Vəkil prosesin təxirə salınmasını xahiş edib. 
 
Məhkəmə vəsatəti təmin edib.
 
Məhkəmə prosesi aprelin 4-nə kimi təxirə salınıb.
 
Əli Əliyev 2022-ci ilin yanvarında Bakının Yasamal rayon məhkəməsində Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə-böhtanatma ittihamı ilə təqsirləndirilib.

Əli Əliyev  2021-ci ilin noyabrın 30-da baş vermiş hərbi helikopter qəzası ilə bağlı  çıxışında 14 hərbçinin ölməsinə, ikisinin yaralanmasına səbəb olan qəzadan sağ çıxmağın mümkünlüyünü şübhə altına alıb. İttihamçılar isə onun bu fikirlərini böhtan hesab edir. 

Helikopter qəzasından sağ çıxan Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərov və kapitan Ramin Ədilov bu fikirlərə görə, Əli Əliyevi məhkəməyə verib. İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Cari ilin yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, Əliyev 5 ay müddətinə həbs edilib.

Əli Əliyevin öz fikirlərini ictimai şəkildə açıqlamasına görə 6 aylıq həbs edilməsi bəziləri üçün ifadə azadlığına müdaxilə olsa da, digərləri onun həbsini "şərəf-ləyaqətin müdafiəsi" kimi qiymətləndirib.
 
Onun vəkili Cavad Cavadovun fikrincə, müvəkkili bu ittihamı əsassız sayır və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.
 
Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, Əli Əliyevin həbsi ifadə azadlığına "kobud müdaxilə"dir.

Onun fikrincə, helikopter qəzasının siyasi tərəfləri var və buna görə siyasi partiya rəhbərinin də istənilən hadisədə müəyyən suallar qoymaq, şübhə ilə yanaşmaq, dərindən araşdırmanı təşviq edən metodlardan istifadə etmək haqqı var.

"Bu, başqalarının şəxsi həyatına müdaxilə və ya şərəf-ləyaqətinə təhqir kimi qiymətləndirilməməlidir. Əli Əliyevin cəzalandırılması ifadə azadlığını məhdudlaşdırıb," - Ələsgər Məmmədli deyib.


Ləman Qasımova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol