• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid ailələri üçün nə qədər ev tikilib?

Şəhid ailələri üçün nə qədər ev tikilib?
01.03.2022 12:24
Azərbaycanın 41 şəhər və rayonunda şəhid ailələri və müharibə əlilləri üçün 500-ə yaxın fərdi evin tikintisi artıq yekunlaşmaq üzrədir, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclasında qeyd edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri, kollegiyanın sədri Sahil Babayev bildirib ki, evlər yaxın vaxtlarda istifadəyə veriləcək.

Nazir 2021-ci ildə imtiyazlı kateqoriyalardan olan vətəndaşlara təqdim edilən mənzillərin sayının 3 il əvvələ nisbətən 5 dəfə artaraq 3 minə çatdığını, cari ildə də bu istiqamətdə işlərin davam etdirildiyini deyib. İndiyədək həmin vətəndaşlara 12 300-dən çox mənzil və fərdi ev verilib.

O əlavə edib ki, bu il Bakı şəhəri üzrə 5 saylı Bakı DOST Mərkəzinin və DOST Agentliyinin ilk regional mərkəzi kimi Bərdə rayonunda DOST mərkəzinin açılması planlaşdırılır.

"Agentliyin "Şərqi Zəngəzur və Qarabağ” Proqramı çərçivəsində Şuşa şəhərində xüsusi statusa malik Şuşa DOST filialı da açılacaq. İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində isə "Ağıllı kənd” layihəsi çərçivəsində bu il "Smart DOST” xidmət məntəqəsi də fəaliyyətə başlayacaq. Ümumən DOST şəbəkəsinin bölgələr üzrə genişlənməsi üçün bu il və növbəti illərdə müvafiq addımlar atılacaq”, -deyə bildirib.

İclasda bu il Şəmkir rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisinin başa çatdırılacağı və istifadəyə veriləcəyi, 2 saylı Psixonevroloji sosial xidmət müəssisəsinin də əsaslı təmir və yenidənqurmadan sonra, həmçinin müəssisənin tikilən yeni korpusunun bu il açılışının nəzərdə tutulduğu qeyd olunub.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin filialları əsasında 12 Regional Sosial Xidmət Mərkəzi və onların tabeliyində ixtisaslaşmış sosial xidmət mərkəzlərinin yaradılacağı barədə məlumat verilib. Sosial təminat və sosial xidmət proqramların əhatə dairəsinin genişləndirilməsinin, uşaqların müəssisələrdən ailələrə qovuşmalarını nəzərdə tutan re-inteqrasiya tədbirlərinin gücləndirilməsinin əsas hədəflərdən olduğu, "Sosial Məsuliyyət Platformasının” hazırlanması işlərinin aparıldığı bildirilib.

Yeni hazırlanmaqda olan e-sistemlər barədə də məlumat verilib.

İclasda 2022-ci il üzrə qarşıda duran sosial hədəflərə doğru mühüm işlərin aparıldığı vurğulanıb.

Həmçinin Nazirliyin tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfindən həssas əhali qruplarından olan şəxslərə (ailələrə) maddi yardımın göstərilməsinə dair Təlimatın, yeni peşə və kvalifikasiya standartlarının təsdiq edilməsi məsələlərinin müzakirəsi aparılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol