• $
  • €
  • ₽
  • ₺
  • £

Aeroport yolunda qəza - Yaralılar var - YENİLƏNİB

Aeroport yolunda qəza - Yaralılar var - YENİLƏNİB
16.03.2022 16:09
Bakının Suraxanı rayonunda baş verən ağır qəzada xəsarət alan üç nəfərin kimlikləri müəyyən olunub.

Hadisə nəticəsində yaralananlar 49 yaşlı Həsənov,  47 yaşlı Həsənov və  39 yaşlı Zeynalovdur. 

Həkim müayinəsi zamanı yaralılara müvafiq olaraq sağ və sol qolların əziyi, döş qəfəsinin əziyi diaqnozları qoyulub. 

Onlardan ikisi evə buraxılıb, biri isə müalicəsini xəstəxanada davam etdirir.

*****
Bakının Suraxanı rayonunda baş verən ağır qəzada üç nəfər xəsarət alıb, bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Saat 13:06-da hadisə barədə təcili tibbi yardıma müraciət daxil olub.

"Daxil olan müraciət əsasında hadisə yerinə göndərilən təcili tibbi yardım briqadası xəsarət alan 3 nəfəri paytaxtın 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb”, stansiyadan bildirilib.
 
******

Bakıda aeroport yolunda ağır qəza baş verib.

Betonqarışdıran maşın yolda hərəkətdə olan minik avtomobilinin üstünə aşıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, betonqarışdıran maşın "Opel" markalı maşının arxasından dəyib. Toqquşmanın təsirindən betonqarışdıran maşın minik avtomobilinin üstünə aşıb, yaralılar var.

Hadisə yerinə Suraxanı Rayon Polis İdarəsi və Fövqalə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda yolda hərəkət Dövlət Yol Polisi tərəfindən tənzimlənir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol