Daha 184 azərbaycanlı təxliyə edildi

Ukraynadakı vəziyyətlə əlaqədar Rumıniyadan daha 184 vətəndaşımız bu ölkənin Yassi səhərindən Azərbaycana təxliyə edilib. Onlardan 16-sı uşaqdır.
Ölkəmizə təxliyə olunan vətəndaşlarımız göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, indiyədək 10 minə yaxın vətəndaşımız Ukraynadan ölkəmizə təxliyə olunub.
www.anews.az
























