• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Prezident: "Güləş Federasiyasında özbaşınalıq hökm sürürdü"

Prezident:
17.03.2022 13:09
"Son vaxtlar Güləş Federasiyasında gedən proseslər narahatlıq doğururdu və durğunluq hiss olunurdu. Güləş Federasiyasında idarəetmə mexanizmi zəifləmişdi, faktiki olaraq özbaşınalıq hökm sürürdü. Əlbəttə ki, bu, nəticələrə də mənfi təsir göstərib və bu, təbiidir.

Bu sözləri Prezident İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbulu zamanı çıxışında deyib.


"Ona görə Güləş Federasiyasının rəhbərliyinin dəyişdirilməsi zəruri idi, bu, baş verdi. Əminəm ki, federasiya indi həm buraxılmış bütün nöqsanları aradan qaldıracaq, vəziyyəti təhlil edəcək, - mənə məlumat verilib ki, artıq bu işlərə start verilib, - əlbəttə ki, idmançılara - həm gənclər, həm də böyüklər arasında çıxış edən idmançılara lazımi şərait yaradacaqdır. Mən Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçiləndən qarşıya məhz bu vəzifəni qoydum ki, biz idmançılara şərait yaratmalıyıq, onlardan isə nəticə gözləməliyik. Bax, bu iki əsas amil bizim böyük uğurlarımızın əsasını təşkil edirdi. Ona görə əminəm ki, Güləş Federasiyası Gənclər və İdman Nazirliyi ilə, məşqçilərlə birlikdə düzgün addımların atılmasına nail olacaq və bugünkü qələbəni mən görülən bu işlərin ilk təzahürlərindən biri kimi qəbul edirəm”, - deyə dövlət başçısı əlavə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən ayrılıb? - AÇIQLAMA
Cəmiyyət 15:46
Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən ayrılıb? - AÇIQLAMA
UEFA-dan “Qarabağ” - “Bayer” matçı ilə bağlı diqqətçəkən paylaşım - Foto
Cəmiyyət 22:21
UEFA-dan “Qarabağ” - “Bayer” matçı ilə bağlı diqqətçəkən paylaşım - Foto
Azərbaycan Voleybol Federasiyasına yeni prezident seçilib
Cəmiyyət 16:22
Azərbaycan Voleybol Federasiyasına yeni prezident seçilib
Bakıda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş parad keçirilib
Cəmiyyət 18:00
Bakıda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş parad keçirilib
Azərbaycanın olimpiya çempionu həbs edilib
Cəmiyyət 14:22
Azərbaycanın olimpiya çempionu həbs edilib
Cəmiyyət 23:30
"Neftçi"nin futbolçusu əməliyyat olunub
Futbol hakimlərimiz qəzaya düşdü - Yenilənib + Ölən var
Cəmiyyət 23:50
Futbol hakimlərimiz qəzaya düşdü - Yenilənib + Ölən var
Azərbaycanın tanınmış idman xadimi vəfat etdi
Cəmiyyət 22:30
Azərbaycanın tanınmış idman xadimi vəfat etdi
Yaşar Vahabzadə istefaya göndərildi
Cəmiyyət 13:17
Yaşar Vahabzadə istefaya göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol