Son iyirmi ildə martın 20-si hava necə olub?

Son 20 ildə martın 20-də Bakıda və Abşeron yarımadasında ən aşağı temperatur 2010-cu ildə 0 dərəcəyə yaxınlaşıb. Ən isti keçən il isə 2008-ci il olub, havanın temperaturu martın 20-də müsbət 22 dərəcəyə yüksəlib.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
"2014-cü ildə cənub küləyinin surəti 32 m/s-dək güclənib. 2019-cu ildə isə Bakıda güclü yağıntı olub, bir gün ərzində yarımaylıq normadan çox, 18 mm yağıntı düşüb. Ölkəmizin bölgələrində də bu bayram günlərində hava necə olub? Azərbaycanın rəngarəng iqlimi elə bir gündə öz fərqliliyi ilə seçilib".
www.anews.az
























