• $
  • €
  • ₽
  • ₺
  • £

Tatuya görə işsiz qalan nə etməlidir? - ARAŞDIRMA

Tatuya görə işsiz qalan nə etməlidir?  - ARAŞDIRMA
31.03.2022 12:54
İş tapmağın çətin olduğu ölkədə döyməyə ( tatu - red.) görə ya işə götürmürlər, ya da işdən qovurlar. Bunu anews.az-a müsahibəsində Raul Qurbanzadə bildirib.

Raul Qurbanzadənin 28 yaşı var. O, 19 yaşında tatu elətdirib və həmin gündən iş tapmaqla bağlı problemlər yaşayıb.

"İlk tatumu elətdirəndə tələbə idim. Universitetdə dekan müavini mənə yaxınlaşıb "qolunu bacı oğlu qaralamaya çevirib" dedi. Sonra isə bununla bağlı məni tənbeh etdi. Düzdür, oxuduğum universitetdə birbaşa problem yaşamadım. Amma dolayı yollar ilə tez-tez buna görə danlandım. Həmçinin, tələbə ikən və  sonra dəfələrlə müxtəlif iş görüşlərində döyməyə görə mənə imtina edilirdi. Hətta bir ara tatumu sildirmək qərarına gəlmişdim. Amma döymə ustam bunun dəridə qalıcı fəsadlar yaradacağını dedi, buna görə də fikrimdən daşındım", - Qurbanzadə söylədi.

O, həm dövlət, həm də özəl müəssisələrdə problemlə üzləşib.

"Supermarketdə satıcı vakansiyasından tutmuş ofisianta qədər bütün iş müraciətlərində "tatulu oğlanları işə götürmürük" dedilər. İxtisasım psixoloqdur. Onunla bağlı müraciət etdiyim mərkəzlərdə "tatun uşaqların psixologiyasına təsir edər" dedilər. Halbuki, biləyimdə sadəcə kaktus fotosu var idi.  Sonralar bir mağazada satıcı işlədim. Qış olduğuna görə, geyimlərdən dolayı tatumu görməmişdilər. Mən də deməmişdim, çünki işə ehtiyacım var idi. Təəssüf ki, xoşbəxtlik uzun sürmədi.  Yay gəldi, qısaqol geyimlərdə tatum üzə çıxdı və işdən çıxartdılar. Növbəti iş yerim kitab çapı redaksiyası idi. Onlar məni tatu olsa da, işə götürdülər. Sonradan isə elə bunu bəhanə edib işdən çıxartdılar. Birazdan biləyimdəki kaktus gül açacaq, amma iş ilə bağlı  bəxtim açılmır...", - Raul Qurbanzadə vurğuladı.
 
Tatusuna görə problem yaşayanlar çoxdurmu?
 
Döymə ustası Tural Əhmədov bildirir ki, polisə, hərbiyə düzəlmək istəyənlər tatu sildirmək üçün müraciət edir. 
 
"Mən tatu silmək ilə məşğul deyiləm. Ən yaxşı halda o tatulu fərqli formaya sala bilərəm. Silinməsi  ağrılı, qat-qat çətin və uzun prosedurdur. Bəzən, nahiyədən asılı olaraq, tamamilə silinməyə də bilər. Buna görə də, tatu etdirməmişdən qabaq yaxşıca götür-qoy etmək lazımdır. Sildirmək üçün müraciət edənlər olduqda onları lazeroloqa yönləndirirəm. Dövlət işində çalışanlar tatu vurdura bilmirlər. Belə hallarla da mütəmadi olaraq rastlaşıram", - Əhmədov dedi. 
 
İşəgötürənlər tatunu niyə problem yaradır?
 
Raul Qurbanzadəni tatusuna görə işdən çıxarılan supermarket rəhbərliyindən bildirdilər ki, tatusu olan satıcıya alıcılardan mənfi reaksiya gəlir.
 
"Marketimiz Azərbaycanda kifayət qədər alıcısı olan müəssisədir. Bizdə alıcının məmnunluğu vacibdir. Əgər alıcı o tatudan narahat olursa, təbii olaraq biz də elə satıcını burada saxlamarıq. İslami dəyərlərə də zidd addım hesab edilir. Çünki insan bədəninə zərər vermək günahdır. Milli-mənəvi dəyərlərimizə zidd olan davranışlar bizim üçün qəbuledilməzdir. Həmin şəxs bizim onu işdən uzaqlaşdırmağımızı düzgün hesab etməyə bilər. Amma səhvimiz yoxdur", -  adının anonim qalmasını istəyən əməkdaş bildirdi. 
 
Tatusu olan insanları işə götürməyən müəssisə rəhbərləri  bizimlə söhbətdə  bunun daxili nizamnamə ilə bağlı olduğunu söylədi. 
 
Döyməsinə görə işə götürülməyənlər və qovulanlar nə etməlidir?
 
Əmək hüquqları müdafiəçisi Fərid Rustamzadə bildirir ki,  əmək məcəlləsində tatuya görə qadağa yoxdur. Lakin müəssisənin profilindən asılı olaraq, döymə ilə bağlı məhdudiyyət daxili nizam-intizam qaydalarında qeyd oluna və işçi ilə tanış edilə bilər.
 
"Əgər işçi tanış oldugu halda bu qaydanı pozursa, işəgötürən intizam tədbiri görə bilər. Bundan əlavə, əgər sözügedən məhdudiyyət daxili nizam-intizam qaydalarında qeyd olunmayıbsa və ya işçi bu qaydalarla rəsmi şəkildə tanış edilməyibsə, bu halda işçi bu qayda üçün məsuliyyət daşımır. Buna görə işdən çıxarılırsa müvafiq qaydada Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək məsələni məhkəmədə mübahisələndirə və  işə yenidən bərpa oluna bilər", - o  bildirdi.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızının sözlərinə görə,  əsassız xitamla bağlı işdən çıxarılan hər kəs dövlət qurumuna müraciət edə bilər.
 
"Sözügedən vətəndaş şikayəti ilə bağlı elektron ünvanımıza rəsmi müraciət edə bilər. 2022-ci ilin yanvar-fevralı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşlardan daxil olmuş 1843 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 1280 #məktub araşdırılaraq cavablandırılıb. Hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş müraciətlərin araşdırılması zamanı 208 hüquq pozuntusu aşkar edib. Aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlərin görülməsi təmin olunub", qurumun sözçüsü əlavə etdi.
 
Tatu sözü Taita dilindən gəlib, mənası isə "insan bədənində yazı" deməkdir. Bu sözü Avropaya ilk dəfə Jeyms Kuk gətirib. 20-ci əsrdən başlayaraq ölkələrdə geniş yayılıb. 
 
Ləman Qasımova 

www.anews.az
Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol