• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı yazıçı vəfat edib

Azərbaycanlı yazıçı vəfat edib
25.03.2022 21:00
Bu gün, martın 25-də Kanadada mühacirətdə yaşayan əslən Azərbaycan türkü olan iranlı yazıçı Rza Bərahəni 86 yaşında Toronto şəhərində vəfat edib. Bu barədə yazıçının oğlu Oktay Bərahəni instaqramda məlumat verib.

Rza Bərahəni 1935-ci ildə Təbrizdə doğulub. İbtidai məktəb dövrünün bir hissəsi Seyid Cəfər Pişəvərinin qurduğu demokratik hökumətinin dövrünə düşməsi ilə bir müddət türkcə təhsil alıb, lakin hökumətin süqutundan sonra ana dilində təhsil qadağan edilib və bu hadisələr yazıçının gələcək fəaliyyətində əvəzolunmaz rol oynayıb. O, Cənubi Azərbaycandakı ana dili hərəkatının görkəmli nümayəndəsi sayılır. Əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilən R.Bərahəni İrandakı Pəhləvi, daha sonra isə hakimiyyətə gələn qüvvələrin təzyiqi nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalıb. R.Bərahəni 2001-2003-cü illərdə Kanadanın "Pen Klubu”nun sədri olub. O, ədəbiyyat sahəsində "Nobel" mükafatına namizəd göstərilsə də, sonradan namizədlər siyahısından çıxarılıb. Buna səbəb iranlı müxaliflərin fəaliyyəti olduğu bildirilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol