• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan saytlarının Rusiyada bloklanmasına - Rəsmi reaksiya

Azərbaycan saytlarının Rusiyada bloklanmasına - Rəsmi reaksiya
27.03.2022 18:14
 Azərbaycana məxsus bir neçə sayta Rusiya ərazisindən giriş bloklanıb.

Medianın İnkişafı Agentliyindən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, obyektiv və balanslı xəbər istehsalçısı kimi yalnız ölkə daxilində deyil, onun hüdudlarından kənarda da geniş auditoriyanın rəğbətini qazanmış Azərbaycanın nüfuzlu media subyektlərinə məxsus saytların ifadə azadlığına zidd olaraq bloklanması təəssüf doğurur.

"Hesab edirik ki, müasir dövrdə informasiya mübadiləsinə belə inzibati yanaşma Azərbaycanın media subyektlərinin peşəkar fəaliyyətinə təsir göstərməsə də, insanların balanslı və doğru informasiya təminatına mane olur.

44 günlük Vətən müharibəsi zamanı bir sıra ölkələrin media quruluşlarının hərbi əməliyyatların gedişi və ölkəmiz haqda zərərli, sırf "qara” təbliğat xarakterli və əksər hallarda isə saxta məlumatlar yaymasına baxmayaraq, Azərbaycan media azadlığı prinsipinə sadiqlik nümayiş etdirərək, heç bir əcnəbi saytın və ya televiziya kanalının ölkə ərazisində yayımını bloklamadı. Bu gün də onların fəaliyyətinə ölkəmizdə heç bir məhdudiyyət qoyulmur.

Bu məsələdə qarşılıqlılıq prinsipinin rəhbər tutularaq, xarici ölkə tərəfindən Azərbaycan saytlarına qarşı tətbiq edilən bloklanmanın aradan qaldırılacağına ümid edirik”, - agentlikdən vurğulanıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol