• $
  • €
  • ₽
  • ₺
  • £

Vətən qazisinə söz verilən yardım niyə gecikir?

Vətən qazisinə söz verilən yardım niyə gecikir?
29.03.2022 17:22
44 günlük Vətən Müharibəsi qazisi Orxan Abdullayev Dövlət Məşğulluq Agentliyinin özünəməşğulluq proqramı çərçivəsində bərbərlik peşəsi üzrə kursları uğurla tamamlayıb,  imtahan verib. Amma ona  söz verilən bərbərlik avandıqlarını hələ də ala bilmir.  
 
Anews.az müraciət edən qazi hara şikayət edəcəyini bilmədiyini bildirir.
 
"Müharibədən qabaq bərbərlik peşəsi üzrə fəaliyyət göstərirdim. Könüllü olaraq müharibəyə getdim.  Döyüş zamanı yaralandığıma görə, öz bərbərlik avandıqlarımı satıb müalicəmə xərcləməyə məcbur oldum. Müalicəm bitdikdən sonra 2021-ci ilin oktyabrında Dövlət Məşğulluq Agentliyinin proqramlarına qoşulub bərbərlik kurslarını uğurla bitirdim. Mənə söz verdilər ki, dekabra kimi mənə bərbərliklə bağlı avandanlıq veriləcək. Yanvardan bu günə qədər götürdüyüm icarə yeri üçün sadəcə boş pul ödəyirəm. Avadanlıqlarım olmadığına görə işimlə məşğul ola bilmirəm. Məni hər ay söz verib sadəcə vaxtımı uzadırlar", -  Abdullayev bildirib.
 
Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya departamentinin müdiri Mayis Musayev anews.az-a açıqlamasında bildirib ki, Nizami rayon sakini Abdullayev Orxan Rasim oğlu Dünya Bankı ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən "Azərbaycanda Məşğulluğa Dəstək" layihəsinin  iştirakçısı olub və bu təlimləri  2021-ci il dekabrın 28-də  bitirib. O, cari ilin aprel ayı ərzində "kişi bərbərxanası" zərfi üzrə avadanlıqlarla təmin olunacaq.
 
Orxan Abdullayev 44 günlük Müharibədə Füzuli,Cəbrayıl,Xocavənd və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. "Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub, ağır yaralanıb və uzun reabilitasiya keçib. 
 
Mayis Musayev yaxın zamanlarda qazinin lazımi avadanlıqla təmin olunacağına söz verib. Məsələni diqqətdə saxlayıb əlavə məlumat verəcəyik.  
 
Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol