• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəmə “Tik-Tok”er qızı öldürən şəxslə bağlı qərar elan edib

Məhkəmə “Tik-Tok”er qızı öldürən şəxslə bağlı qərar elan edib
29.03.2022 16:06
Şəki Apellyasiya Məhkəməsi Göyçayda bacısı qızını boğaraq öldürməkdə təqsirləndirilən Vüqar Bədəlovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə qərar elan edib.

Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunmayıb.

Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Hadisə 2021-ci il mayın 9-u saat 06 radələrində Göyçay rayonu, Bığır kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 2002-ci il təvəllüdlü Fatimə Məmmədova dayısı Vüqar Bədəlov tərəfindən yastıqla boğularaq qətlə yetirilib.

İttihama görə, dayı bacısı qızını namus üstə öldürüb. Belə ki, Fatimə Məmmədova nişanlı olub. Lakin o, sonradan nişanlı ola-ola evdən qaçıb və yenidən evə qayıdıb.

Hadisə günü Fatimə Məmmədova evdə ayrı-ayrı şəxslərlə uca səslə telefonla danışıb. Vüqar Bədəlov da qadının bu hərəkətlərinə irad bildirib. Bacısı qızı isə onu nalayiq ifadələrlə təhqir edib və dayısına əhəmiyyət vermədən yenidən telefonla danışmağa başlayıb.

Daha sonra Bədəlov Məmmədova yatan zaman onu yastıqla boğularaq öldürüb.

İstintaq orqanı tərəfindən Bədəlovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (Qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bədəlov ifadəsində Məmmədovanın "Tik-Tok” sosial şəbəkələrində bir çox videogörüntülərinin yayıldığını deyib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. (report.az)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol