• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Rusiyaya cavab verməyə tələsmir - Ekspertlərdən tələb

Azərbaycan  Rusiyaya cavab verməyə tələsmir - Ekspertlərdən tələb
04.04.2022 17:12
Azərbaycan saytlarının Rusiya ərazisində bloklanmasının üstündən 10 gün keçib. Buna baxmayaraq rəsmi Bakı Rusiya saytlarının Azərbaycanda yayımını dayandırmağı planlaşdırmır.  Bunu Anews-a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva bildirdi.  

"Saytların fəaliyyətinin məhdudlaşdırılması məsələsi müvafiq qanunvericiliklə tənzimlənir. Belə ki, həmin resurslarda ölkənin mənafeyinə, ərazi bütövlüyünə zidd, qanunvericiliyə uyğun olmayan məlumatlar yayımlandığı halda onların  fəaliyyəti ilə bağlı müvafiq tədbirlər həyata keçirilə bilər", -  Mustafayeva dedi.
 
Onun sözlərinə görə, Azərbaycanda bloklanan saytlar nazirliyə rəsmi müraciət ünvanlamayıb. Sektor müdiri vurğuladı ki, həmin müraciət edilikdən sonra nazirlik Rusiya tərəfinə də etirazını  bildirə bilər. 
 
 "Roskomnadzor”un (Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) qərarı ilə Azərbaycanda fəaliyyət göstərən Oxu.Az, "haqqın.az”, "minval.az”, "baku.ws" kimi yerli media subyektlərinə Rusiya ərazisində girişinə blok qoyulub.
 
Bununla əlaqədar media ekspertlərinin bir qismi əvəzində Rusiya saytlarının Azərbaycanda yayımının dayandrılmasını tələb edir. 
 
 
Azərbaycanın əməkdar jurnalisti, media eksperti Qulu Məhərrəmli: "Rusiyada mediaya münasibət hazırda çox həssasdır. Rusiyanın özündə müstəqil media kanalları bağlanıb, yalan məlumat yaydığı hesab olunan orqanlara qarşı hökümət ciddi tədbirlər görür. Onlara məxsus hər hansı media orqanını Azərbaycanda bağlamaq çıxış yolu deyil məncə. Yəni, Rusiyada Azərbaycan mediası fəaliyyət göstərir, Azərbaycanda da Rusiya mediası təmsil olunur. Hüquqi baxımdan problem yoxdur, informasiya çatımlılığı üçün müsbət situasiyadır. Söhbət onların yaydığı məzmundan gedir ki, o, nə dərəcədə obyektiv və düzgündür. Məsələn, Azərbaycanda Rusiyanın maliyyələşdirdiyi "Sputnik" agentliyi və digər kanallar fəaliyyət göstərir. Maraqlıdır ki, onlar nə dərəcədə obyektiv məlumatlar verir. Bunları nəzərə almaq lazımdır. Yanlış məlumat yayılarsa bu barədə onlara xəbərdarlıq edilməlidir. Yanlışlıqlar təkrarlanarsa, onların ölkədən deportasiyası istiqamətində addımlar atıla bilər. Yaxud onların Azərbaycanda yayımlanmaması üçün tədbirlər görülməlidir. Necə ki, Azərbaycanın rusdilli bir neçə saytı haqqın.az, minval, oxu.az və başqa saytlarımızın Rusiyada yayımlanmasına qadağa qoyulub. Hesab edirəm ki, mediaya münasibətdə qarşı tərəf hansı addımları atıbsa, biz də o addımı atmalıyıq. Bir daha təkrar edim ki, bağlamaq çıxış yolu deyil, amma qərəzli mövqe nümayiş etdirilərsə onları bağlamaq həlll variantlarından biri sayılacaq"
 
"Yeni Nəsil” Jurnalistlər İttifaqının sədri Arif Əliyev: "Azərbaycan saytlarının orada bloklanması düşünülməmiş addımdır.Əgər hər hansı ölkənin informasiya orqanlarına digər ölkədə məhdudiyətlər qoyulursa, ona uyğun şəkildə eyni addımlar bu ölkədə də atılmalıdır. Rusiyanın Azərbaycanda yayılan və fəal şəkildə informasiya ötürən saytları çoxdur. Bizdə də eyni sayda və xüsusilə,  informasiya mühitimiz üçün təbliğat baxımından problem yaradan saytlara məhdudiyyət tətbiq olunmalıdır. Ən düzgün və adekvat addım budur. Rusiyanın həmin dövlət qurumu daha böyük və milli saytlara belə məhdudiyyətlər tətbiq edib. "Exo Moskva”, "Novaya qazeta” kimi mətbuat orqanlarının fəaliyyətinin dayandırılması haqqında bəyanat verildi və müharibə bitənə qədər buna məcbur olduqlarını bildirdilər. Belə halda bizim onlara söz azadlığını başa salmağa çalışmağımız əbəsdir".
 
Media eksperti və hüquqşünas Ələsgər Məmmədli: "Rusiya dövlətinin maliyyələşdirdiyi təbliğat mediasının Azərbaycanda istər birbaşa infrastrukturda, istərsə də, yerüstü qurğular və kabeldə yayılması qadağan olunmalıdır. Rusdilli kanallar Azərbaycanda Rusiyayönümlü təbliğatın yayılmasına gətirib çıxarır. Bununla bağlı gərək çoxdan addım atılardı. Əlbəttə, mən informasiya azadlığı anlayışını qəbul edirəm. Peyk və ya internet vasitəsilə kim hansı kanalı istəyir, baxsın. Amma dövlətin lisenziyalaşdırdığı resurslardan istifadə edən yayımçılar bu tip təbliğat resurslarının Azərbaycanda rahat yayımlanmasına imkan verilməməlidir. İstər "Pervıy", istər "Rusiya 24" kanalları olsun. Rusiyaya məxsus müxtəlif televiziyalar sistemli şəkildə Azərbaycan həqiqətlərini təhrif edir, erməniləri, işğalçıları və separatçıları dəstəkləyən verilişlər yayır. Təəssüf ki, həmin dövrdə rəsmi qurumlar Azərbaycanın maraqlarına zidd qərar verdilər. Bu tip məsələdə tövsiyə edirdilər ki, bu kanallar, lisenziya alan kabel televiziyalar Rusiya kanallarını yaysınlar. Bu da kifayət qədər ciddi problemdir və faktiki olaraq, Azərbaycanın informasiya təhlükəsizliyini təhdid edən məsələlərdən biridir".
 
 
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli: "Rusiya digər ölkələr də daxil olmaqla, Azərbaycan saytlarının bəzilərini bloklayıb. Bu addımı davam etdirdiyi müddətcə ölkəmiz onlara adekvat cavab verməlidir. Lakin bu məsələ xoşagələn hal deyil.Çünki bu hal tendensiyaya səbəb ola bilər. Rusiya tərəfi bu addımları ona görə edir ki, Ukraynada gedən müharibə barədə həqiqətlər ictimaiyyətə çatmasın. Azərbaycan tərəfi bu müharibədə informasiya savaşı aparan tərəf deyil. Sadəcə bizim KİV-in yazdıqları obyektivdir. Rusiya ən obyektiv fikirləri də bloklayırsa, bu, problemli vəziyyətdir. Rusiya rəhbərliyi bu barədə ciddi düşünməlidir. Bundan başqa, Azərbaycan Rusiyadan olan KİV-lərə qarşı bu cür atmayıb. Hətta Vətən müharibəsi dövründə Rusiya telekanalları və saytları ölkəmizə qarşı birbaşa əks təbliğat aparırdılar. Həmin dönəmdə ölkəmiz anti-demokratik addım atıb həmin saytlara girişi bloklamadıq. Əgər Rusiya indiki dövrdə bu cür addımlar atırsa, Azərbaycanı məcburiyyət qarşısında qoyur ki, ölkəmiz onların transmilli, əks təbliğat aparan mətbuat qurumlarına qarşı müəyyən tədbirlər görsün və qarşılıqlı addımlar atsın. Onu da vurğulayım ki, Rusiya özünün media orqanlarından təbliğat-təşviqat maşını kimi istifadə edir, bu da jurnalistika prinsiplərinə tamamilə ziddir" 

Media eksperti Aynur Kərimova: "Rus mediasını uzun müddətdir ki, erməni diasporu və lobbisi idarə edir. Bu zaman müddətində onların bütün sahələrdə olduğu kimi media sahəsində də qeyri-obyektiv davranışlarına şahidlik edirik. Bunların fonunda Rusiya daxilində Azərbaycan medialarına giriş məhdudlaşdırılırb. Bu da illərdir davam edən qərəzli yanaşmanın davamıdır. Belə durumda Azərbaycan adekvat addım atmalıdır. İllərdir heç bir maneə olmadan fəaliyyət göstərən, lakin təbliğat maşını olan "Sputnik" agentliyi və digər belə subyektlərin fəaliyyəti dayandırılmalıdır. Təbliğat rolu oynayan media orqanları fəaliyyət göstərməməlidir"
 
"Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı:
 " Rusiya media subyektlərinin Azərbaycanda yayımının dayandırılması təklifini müsbət qiymətləndirirəm. Nəzərə alsaq ki, orada da bizim yerli media orqanlarımızın bir çoxuna giriş məhdudlaşdırılıb. Bu hadisənin fonunda biz də alternativlər üzərində düşünməliyik. Bunlardan birincisi, Rusiyanın ölkəmizdəki saysız-hesabsız kabel televiziyalarında yayımlanan verilişlərə diqqət yönəltməliyik. Azərbaycan əleyhinə, maraqlarına zidd yayımların getməsinə hələ 44 günlük müharibə zamanı şahid olduq. Ona görə o kanallardakı verilişlər, "Sputnik" agentliyində yayımlanan informasiyalar nəzarətə alınmalıdır. Rusiya kanallarını qardaş ölkələrin dövlət televiziya kanalları, media subyektləri ilə əvəzləmək olar"
 
 
Media eksperti Zeynal Məmmədli isə  yasaqların heç vaxt çıxış yolu olmadığını bildirdi.

Ləman Qasımova


www.anews.az
 
Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol