• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik sudan ödənişli istifadə ilə bağlı anlaşılmazlıqlara aydınlıq gətirib

Nazirlik sudan ödənişli istifadə ilə bağlı anlaşılmazlıqlara aydınlıq gətirib
31.03.2022 16:14
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda "Sudan ödənişli istifadə Qaydaları”na edilən dəyişikliklərlə bağlı yaranan anlaşılmazlıqlara aydınlıq gətirib.


Nazirin müşaviri Rasim Səttarzadə  açıqlamasında deyib ki, qaydalar su ehtiyatlarından ödənişli istifadə sahəsində indiyədək ayrı-ayrı qanunvericilik aktlarında pərakəndə şəkildə tənzimlənən və dəqiq uçotun və qiymətləndirmənin aparılmasına imkan verməyən mexanizmləri vahid sənəddə birləşdirilməsinə yönəlib.


Onun sözlərinə görə, bu qaydalar su ehtiyatlarının istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin prinsiplərindən biri kimi hazırlanıb: "Qaydaların təsdiq edilməsi ümumilikdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində aparılan islahatlara öz töhfəsini verəcək, israfçılığın qarşısı alınacaq. Torpaq sahələrinin sahibləri öz ehtiyaclarını ödəmək üçün təzyiqsiz su quyularının qazılmasını və istismarını ödənişsiz həyata keçirə bilərlər. Bu baxımdan xüsusi vurğulamaq lazımdır ki, əhalinin həyətyanı sahələrində istifadə etdiyi fərdi su quyularının mütləq əksəriyyəti bu kateqoriyaya aiddir, yəni ödənişdən azaddır”.


R.Səttarzadə qeyd edib ki, ümumi istifadədə olan su obyektlərindən çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə məqsədilə istifadə də ödənişsizdir: "Tariflər suyun keyfiyyətindən, istifadəyə görə təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə və nəqledilmə üsullarından və normativ hüquqi aktlara uyğun olaraq istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq differensiallaşdırılır”.


O həmçinin əlavə edib ki, tariflər müəyyənləşdirilən zaman əhalinin həssas qrupları da nəzərə alınacaq: "Sudan ödənişli istifadənin tətbiq olunması əhalinin sosial rifahına mənfi təsir göstərməyək, əksinə su ehtiyatlarından səmərəli və qənaətlə istifadə etməklə əhalinin suya olan tələbatının tam şəkildə qarşılanmasına nail olunacaq. Beləliklə, yeni qaydaların əsas məqsədi su istehlakçıları üçün maliyyə yükü yaratmaq deyil, məhdud su resurslarına malik olan Azərbaycanda sudan səmərəli istifadə məqsədilə suyun mənbədən götürülməsindən son istehlakçıyadək dəqiq uçotun və qiymətləndirmənin aparılmasını təmin etməkdən ibarətdir. Mingəçevir su anbarından başlayaraq Xəzərə dənizinə qədər Kür çayı üzrə sudan istifadəsinin tənzimlənməsi suya qənaət etməyə və ondan səmərəli istifadə etməyə və duzlaşma probleminin həllinə də kömək edəcək”.(report)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol