• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna təslim olmayana kimi Mariupol atəşə tutulacaq - Putin

Ukrayna təslim olmayana kimi Mariupol atəşə tutulacaq - Putin
31.03.2022 20:35
Ukraynanın Mariupol şəhərində Rusiya qüvvələri tərəfindən sıxışdırılmış mülki əhalinin təxliyəsi üçün cəhdlər davam edir.  Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bildirib ki, 45 Ukraynalıdan ibarət avtobus karvanı mühasirəyə alınan şəhərin cənubuna doğru gedir. 

Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Rusiyanın Mariupola humanitar dəhliz açmağa razılıq verdiyini təsdiqləyib. 

On minlərlə dinc sakin həftələrlə davam edən bombardmanlardan sonrahələ də şəhərdə qalmaqdadırlar.  

Daha əvvəl Rusiya müdafiə nazirliyi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyi və Qırmızı Xaç Cəmiyyətinin yerli vaxtla saat 10:00-dan (BST 08:00) başlayacaq mülki şəxslərin təxliyəsinə köməklik göstərəcəyini bildirmişdi. 

Atəşkəs olarsa insanlar Rusiyanın nəzarətində olan Berdyansk limanı vasitəsilə qərbə, Zaporijiyaya gedə biləcəklər. 

BQXK-nın sözçüsü deyib ki, tərəflər şərtlərlə razılaşarsa təşkilat  cümə günündən etibarən mülki şəxslərin Mariupoldan çıxarılmasına kömək etməyə hazırdır.

"Bu əməliyyatın baş tutması son dərəcə vacibdir. Mariupolda on minlərlə insanın həyatı bundan asılıdır", - deyə sözçü əlavə edib. 

BBC son bir neçə həftə ərzində mühasirəyə alınmış liman şəhərini tərk edə bilmiş insanlarla danışıb. Onların dediyinə görə,  Mariupol təmamilə xarabalığa çevrilib, şəhər  bütün məhəllələri  dağılmış  düzənliyə bənzəyir. 

"Çıxmaq istəyəndə şəhərin mərkəzini keçməli olduq. Dağılmış küçələri və binaları görmək qorxulu idi. Məktəbim dağıdıldı. Bir vaxtlar gözəl olmuş şəhəri bu şəkildə görmək ağrılıdır.  Mariupol təhlükəsiz şəhər idi. Dənizə qırağında gəzməyi sevirdik. Park var idi və sadəcə oturub söhbət etmk üçün üçün heyrətamiz yer idi. Sahib olduğumuz hər şeyi itirdiyimizə inana bilmirəm”, - 23 yaşlı tələbə Diana Yalovets deyib. 

Sakinlərin bir qismi qaçsa da, Mariupolda atəşkəs əldə etmək üçün əvvəllər edilən bütün cəhdlər hər iki tərəfin qərəzli ittihamları fonunda uğursuzluğa düçar olub. 

Rusiya minlərlə dinc sakini zorla Rusiyaya və ya Rusiyanın nəzarətində olan ərazilərə köçürməkdə də ittiham olunur. 

Şəhərin ələ keçirilməsi ilə Rusiya Azov dənizi ilə Krım arasında olan sahil xəttinə nəzarət edəcək.

Atəşkəs elanı çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığından sonra verilib. 

Söhbət zamanı Rusiya prezidenti  bildirib ki, Ukrayna qoşunları təslim olana qədər Mariupolun atəşə tutulacaq. 
 
Səkinəxanım Məmmədova
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol