• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda keçirilən qələbə paradındakı “Z” işarələri...

Bakıda keçirilən qələbə paradındakı “Z” işarələri...
03.04.2022 09:26
44 günlük Vətən Müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə bərabər, erməni yaraqlılarına məxsus yüzlərlə hərbi texnika və silah-sursatıda ələ keçirdi. Bu texnikaların bir qismi Qələbə Paradında nümayiş etdirildi və daha sonra personaj kimi Qənimətlər Parkındakı muzeyə yerləşdirildi.

Bu paradda nümayiş etdirilən erməni tör-töküntülərinin üzərindəki müxtəlif işarələr həmin vaxt bizim üçün hər hansı bir anlam kəsb etməsə də, hazırda olduqca populyardır və Rusiyanın Ukraynadakı işğalının "rəmz”inə çevrilib.

 10 dekabr 2020-ci ildə Bakıda keçirilən Qələbə Paradından paylaşılan görüntülərdə qənimət olaraq ələ keçirilmiş bəzi erməni zirehli texnikalarının üzərində "Z” simvolları əks olunub. Rusiyanın iki il sonra eyni simvollardan istifadə etməsi yerli mətbuatın diqqətindən yayınmayıb.

Rusiya-Ukrayna müharibəsində də rus texnikalarının üzərində eyni simvollar əks olunub. Rus döyüş maşınlarının üzərində qeyd olunan "Z” və "V” hərfləri haqqında müxtəlif versiyalar və təxminlər irəli sürülüb.
Bəziləri simvolların rus əsgərləri tərəfindən "dost atəşi”ndən qorunmaq üçün yazıldığını, bəziləri də texnikaların qruplaşdırılması zamanı bucür hərflərdən istifadə edildiyini bildirib. Rusiya Müdafiə Nazirliyi isə açıqlama verib ki, "Z” - "Запобеду” (Qələbə üçün), "V” - "Сила V правде” и "Задача будет выполнена” (Həqiqətin gücü və Tapşırıq tamamlanacaq) mənasında işlədilib.

Hər halda gerçəklik budur ki, rus və erməni ordusunu yalnız eyni hərbi texnikalar, simvollar, işğalçılıq siyasəti birləşdirmir. Onları eyniləşdirən əsas məqam uğursuz hərbi əməliyyatlar və yaşaqdıqları ağır məğlubiyyətlərdir. 

Ümid edirik ki, Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində ermənilərə məxsus "Z” simvollarını darmadağın etdiyi kimi, Ukraynada 36 gündür apardığı haqq savaşında eyni taleyi işğalçılara yaşadacaq. Necə ki, 36 gündür yaşadır…(Azpolitika.info)



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol