Qarabağ atları hərrac yolu ilə satışa çıxarılır

Azərbaycanda ilk dəfə Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atları hərrac yolu ilə satışa çıxarılacaq. Bu barədə nazirlikdən bildirilib.
Aprelin 15-də keçiriləcək hərracda həm yerli, həm də xarici təsərrüfat sahibləri, sahibkarlar iştirak edə bilərlər. Satışda yüksək potensiala malik xüsusi seçilmiş atlar olacaq. Bununla yanaşı kompleksdə Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar veriləcək. Atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və onlar sığortalanacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























