• $
  • €
  • ₽
  • ₺
  • £

Siyasi fəal aksiya keçirməyə cəhd edərkən saxlanıldı- DİN -dən açıqlama- YENİLƏNİB

Siyasi fəal aksiya keçirməyə cəhd edərkən saxlanıldı- DİN -dən açıqlama- YENİLƏNİB
06.04.2022 13:31
Paytaxt sakini Əziz Məmiyevin uzun müddətdir güc strukturları tərəfindən təqibə məruz qalması, ölümlə hədələnməsi ilə bağlı iddialar etməsi tamamilə absurddur.
 
Bunu mətbuatın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
 
"Sosial şəbəkə seqmentlərində paylaşılan bu iddiaların məqsədi humanitar viza partfelinə əlavə "həbs, cəza, təqib” sənədlərinin toplanmasından irəli gəlir. Baxaq – sələfləri necə edirdi? İndi onlar hardadır, necə siyasi mühacir ola bildilər? Bu, o yoldur, həmin koordinantdır.
 
Onun müraciətlərinə baxılmaması, araşdırılmaması da əsassızdır. Dəfələrlə müxtəlif polis orqanlarına dəvət olunub, dinlənilib. Sonra nə baş verib? Çıxandan sonra iddia edib ki, ona təzyiq edilib. Axı, niyə təzyiq edilsin, buna nə lüzum var? Hardadır burda məntiq?
 
Bununla yanaşı, bildirirdi ki, DİN tərəfindən onun bank hesabından barəsində tətbiq olunan inzibati tənbeh tədbirlərinə görə cərimə rüsumu tutulub. İzah olundu, danışıldı, ancaq mənası olmadı.
 
Bu kimi çeşidli iddiaların mahiyyəti aydındır, məlumdur. Polisə qarşı bu və ya digər iddiaların heç bir halda təməl əsası yoxdur, həqiqəti əks etdirmir", - E.Hacıyev vurğulayıb.
 
 
************
 
Müsavat partiyasının üzvü Əziz Məmiyev Daxili İşlər Nazirliyinin (DİN) qarşısında aksiya keçirməyə cəhd edərkən saxlanılıb.
 
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirdi ki, məsələ araşdırılır və ictimaiyyətə məlumat veriləcək.
 
Siyasi fəal Dövlət Təhlükəsizlik Xidməti tərəfindən izləndiyini və ölümlə hədələndiyini bildirib.
 
"Çox ciddi mənəvi terrorla üzləşmişəm. Facebookdan saxta profillərlə yazıb təhdid edirlər. Bir müddət əvvəl Amerika nömrələri vasitəsilə, gizli nömrələr ilə zəng edib ən əxlaqsız küçə söyüşləri ilə özümü, ailə üzvlərimi söyüb təhqir edirdilər. Daxili İşlər Nazirliyinə müraciətlər etdim, tədbir görülmədi", - siyasi fəal öz feysbuk hesabında paylaşım edib.
 
Aytac Zeynalova



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol