• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanla Gürcüstan arasında sərhəd-buraxılış məntəqələrinin siyahısı

Azərbaycanla Gürcüstan arasında sərhəd-buraxılış məntəqələrinin siyahısı
05.04.2022 15:19
Azərbaycan və Gürcüstan arasında sərhəd-buraxılış məntəqələri müəyyənləşib.

Bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, həmin buraxılış məntəqələri aşağıdakılardır:

1. Daimi, beynəlxalq, sərnişin və yük əlaqələri üçün:
Dəmiryolu
"Böyük-Kəsik(Azərbaycan) - Qardabani (Gürcüstan);
Avtomobil
- "Qırmızı körpü” (Azərbaycan) – "Krasniy Most” (Gürcüstan);
- "Mazımqara” (Azərbaycan) – "Tsodna” (Gürcüstan).
2. Daimi avtomobil, sərnişin və yük əlaqələri üçün birgə, beynəlxalq, avtomobil buraxılış məntəqələri
"İpəkyolu” (Azərbaycan) – "Abreşumis Qza” (Gürcüstan);
3. Daimi, dövlətlərarası sərnişin və yük əlaqələri üçün:
piyadalar üçün avtomobil;
"Sadaxlı” (Azərbaycan) – "Vaxtangisi” (Gürcüstan)
4. Mövsümi dövlətlərarası, sərnişin və yük əlaqələri üçün yalnız sərhədyanı rayonlarda yaşayan vətəndaşlar üçün (yay vaxtı buraxılış rejimi saat 08:00-dan 21:00-dək, qış vaxtı saat -08:00-dan 18:00-dək):
piyadalar üçün avtomobil
"Muğanlı” (Azərbaycan) – "Samtatskaro” (Gürcüstan).
Sənədə əsasən, tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı protokollarla "İpəkyolu” – "Abreşumis Qza” birgə buraxılış məntəqəsindən daşınan mal və nəqliyyat vastitələri ilə bağlı sərhəd və gömrük prosedurlarını tətbiq olunma prinsiplərini müəyyən edəcəklər.
Bu saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

Sənəddə həmçinin qeyd edilib ki, ayrı-ayrı buraxılış məntəqələrində dövlət sərhədlərində hərəkətin dayandırılması və ya məhdudlaşdırılması sanitar-karantin, baytar, fitosanitar səbəblərdən, habelə fövqəladə və ya hərbi vəziyyət, ictimai təhlükəsizlik anlamından, təbii fəlakət üzündən, karantinli zərərli orqanizmlər, epidemiya və epizootiyalar yayıldıqda tətbiq oluna bilər.

Hərəkəti dayandırmaq və ya məhdudlaşdırmaq niyyətində olan tərəf buraxılış məntəqələrində hərəkətin dayandırılması və məhdudlaşdırılması səbəblərini və müddəti göstərməklə, planlaşdırılan dayandırma və ya məhdudlaşdırmadan 5 (beş) gündən gec olmayaraq bu barədə digər tərəfi diplomatik kanallar vasitəsilə məlumatlandırır.

Fövqəladə hallar və ya təbii fəlakətlər zamanı hərəkətin dayandırılmasından əvvəl 24 saatdan gec olmayaraq qarşı tərəfi məlumatlandırma həyata keçirilməlidir.
Buraxılış məntəqələrinin obyektlərinin və ya komnukasiya qurğularının nəzərdə tutulan təmiri ilə bağlı dövlət sərhədində hərəkətin dayandırılması və ya məhdudlaşdırılması barəsində tərəflər bu işlərin başlanmasından əvvəl 3 aydan gec olmayaraq onların başa çatma vaxtını bildirməklə bir-birini məlumatlandırırlar.

Layihədə vurğulanıb ki, şəxslərin sərhədi avtomobil buraxılış məntəqələrindən keçməsi nəqliyyatdan istifadə etməklə və piyada qaydada həyata keçirilə bilər.

Sənəd səsverməyə çıxarılaraq qəbul olunub.(report.az)


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol