Əjdər Ola 8 il 6 ay həbs cəzası verilib

Rüşvət almaqda təqsirləndirilən sabiq Aparat rəhbəri Əjdər Cəbiyevə (Əjdər Ol) 8 il 6 ay müddətinə azdlıqdan məhrum edilib. Bu barədə hökmü Bakı Ağır Cinayətlər Məhkəməsi qəbul edib.
Hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Əjdər Cəbiyev sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla əlbir olaraq müxtəlif şəxslərdən ümumilikdə 327 min manatdan artıq vəsaiti rüşvət qismində ələ keçirib.
Cəbiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Əjdər Ol ilk dəfə 2021-ci ildə saxlanılıb.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























