• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev nekroloq İMZALADI

İlham Əliyev nekroloq İMZALADI
09.04.2022 15:17
Prezident İlham Əliyev akademik Teymur Bünyadovun vəfatı ilə bağlı nekroloq imzalayıb.
 
Məlumata görə, nekroloqda deyilir:
 
"Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın qocaman tarixçi-etnoqrafı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Teymur Əmiraslan oğlu Bünyadov 2022-ci il aprelin 8-də ömrünün 95-ci ilində vəfat etmişdir.
 
Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində ali təhsil almış, 1951-ci ildə isə SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş və burada 1955-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.
 
Teymur Bünyadov 1955–1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışmış, 1993-cü ildən ömrünün sonunadək AMEA-nın hazırkı Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda tarixi etnoqrafiya şöbəsinin müdiri olmuşdur.
 
Teymur Bünyadov 1968-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikamızda ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə professor elmi adına layiq görülmüşdür.
 
O, 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.
 
Akademik Teymur Bünyadov yarım əsrdən artıq bir dövr ərzində respublikada etnoqrafiya elminin inkişafına sanballı töhfələr vermişdir. Geniş elmi maraq dairəsi olan alim Azərbaycanın tarixşünaslıq baxımından xüsusi əhəmiyyət kəsb edən qədim dövrlərinin bir sıra problemlərini araşdırmışdır. O, 30-dan çox kitab və monoqrafiyanın, yüzlərlə məqalənin müəllifi idi. Alimin Azərbaycanda əkinçilik ənənəsi, təsərrüfat həyatı, maddi və mənəvi mədəniyyət, sənətkarlıq və xalq məişəti ilə bağlı silsilə tədqiqatları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmış və lazımınca dəyərləndirilmişdir. Azərbaycanın etnoqrafiyasına dair fundamental üçcildlik onun bilavasitə rəhbərliyi və yaxındaniştirakı ilə işıq üzü görmüşdür.
 
Teymur Bünyadov yüksəkixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etmişdir. O, elmi yaradıcılığını pedaqoji fəaliyyətlə ahəngdar şəkildə əlaqələndirərək, uzun illər ölkənin aparıcı ali təhsil ocaqlarında mühazirələr oxumuşdur. Teymur Bünyadov bir sıra mötəbər beynəlxalq konfrans və simpoziumlardakı çıxışları ilə Azərbaycan etnoqrafiya elmini layiqincə təmsil etmişdir.
 
O, eyni zamanda zəngin bədii və publisistik fəaliyyəti ilə tarixi-mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin təbliğində təqdirəlayiq xidmətlər göstərmişdir.
 
Teymur Bünyadov respublikanın elmi-mədəni həyatında yaxından iştirak etmiş, fəal ictimai işlə məşğul olmuşdur. O, birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
 
Akademik Teymur Bünyadovun uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. Azərbaycan elminin inkişafında xidmətlərinə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət” və "Şərəf” ordenləri ilə təltif edilmişdir.
 
Görkəmli alim, səmimi insan Teymur Bünyadovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır
 
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Emin Əmrullayev
Arif Həşimov
İsa Həbibbəyli
Nailə Vəlixanlı
Yaqub Mahmudov".








www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol