• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Qlobal Alyansın iclasında təmsil olunub

Azərbaycan Qlobal Alyansın iclasında təmsil olunub
12.04.2022 22:00
2021-ci il mayın 11-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və İsveçrə tərəfinin təşəbbüsü ilə "İtkin düşmüş şəxslər üçün Qlobal Alyans” yaradılmış və Azərbaycan bu ilin yanvar ayında BQXK-nin dəvəti ilə bu təşəbbüsə qoşulmuşdur. Qeyd edilməlidir ki, ölkəmiz Alyansa BQXK prezidenti Peter Maurerin Azərbaycanın münaqişə nəticəsində itkin düşmüş minlərlə insanın taleyinin aydınlaşdırılması ilə bağlı beynəlxalq öhdəliklərə sadiqliyi, bu məqsədlə 1990-cı illərdən başlayaraq itkin düşmüş şəxslər barəsində məlumatların toplanması və texniki dəstək sahəsində BQXK ilə əməkdaşlığı, eləcə də BMT Baş Assambleyasının "İtkin düşmüş şəxslər”ə dair qətnaməsinin əsas müəllifi kimi qlobal səviyyədə oynadığı rolun vacibliyinə vurğu edən müraciəti əsasında qoşulub.
 
Bu barədə  XİN-dən məlumat verilib. 
 
2022-ci il aprelin 7-də Qlobal Alyansın ilk iclası keçirilmişdir. İclasda Alyansa indiyədək qoşulmuş 10 dövlətin (Azərbaycan, Argentina, Estoniya, Küveyt, Meksika, Nigeriya, Norveç, Peru, Koreya Respublikası və İsveçrə) nümayəndələri iştirak etmişlər.
 
Tədbiri BQXK-nin vitse-prezidenti Jil Karbonye açmış, son beş ildə dünyada itkin düşmüş şəxslərin sayının 75 faiz artaraq 173 800-ə çatdığını qeyd etmiş, problemə qlobal səviyyədə diqqəti cəlb etmək və bu sahədə qlobal öhdəliklərin icrasını təşviq etmək üçün Qlobal Alyansın yaradıldığını bildirmişdir.
 
Tədbirdə ölkəmiz Xarici İşlər Nazirliyi və Cenevrədəki diplomatik nümayəndəliyimiz tərəfindən təmsil edilmiş və tədbir iştirakçıları Azərbaycanda itkin düşmüş şəxslər, onların taleyinin müəyyənləşdirilməsi üçün milli səviyyədə görülən işlər, Başlıbeldə kütləvi şəkildə qətlə yetirilmiş insanların qalıqlarının torpaqlarımızın işğaldan azad edilməsindən sonra identifikasiya edilməsi, Daşaltı, Edilli, Sırxavənd və Fərrux kəndlərində kütləvi məzarlıqların aşkarlanması, ərazilərin minalarla kəskin çirkləndirilməsinin qalıqların tapılmasına maneə törətməsi, Azərbaycanın bu problemə beynəlxalq səviyyədə diqqəti cəlb etmək üçün göstərdiyi səylər və bu xüsusda BMT Baş Assambleyası tərəfindən qəbul edilən "İtkin düşmüş şəxslər” qətnaməsi barədə məlumatlandırılmışdır.
 
Qlobal Alyansın itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasının vacibliyinə qlobal səviyyədə diqqətin cəlb edilməsi və bu sahədə əməkdaşlığa ciddi töhfə verəcəyinə ümid ifadə edilmişdir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol