• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda neçə nəfər yaşayır? - Rəsmi STATİSTİKA

Azərbaycanda neçə nəfər yaşayır? - Rəsmi STATİSTİKA
15.04.2022 15:08
Azərbaycanda 2022-ci il martın 1-i məlumatına görə, 10 164 464 nəfər yaşayır. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında qeyd olunub. 

Ölkədəki şəxslərin sayı ilin əvvəlindən 8 098 nəfər və ya 0,07 faiz artıb.

Əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinləri, kişilərlə qadınların xüsusi çəkisi isə eyni olub. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər təşkil edib.
 
Bu ilin 2 ayında ərzində Azərbaycanda 12557 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 8,2-dən 7,7- yə düşüb.
 
DSK-dən bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində 20462 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,6 təşkil edib. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,3 faiz, qızların xüsusi çəkisi isə 46,7 faiz olub.Körpələrdən 616-sı əkiz, 33-ü isə üçəm doğulanlardır.
 
DSK digər sahələrdə də yeni rəqəmlər barədə açıqlama yayıb.
 
Belə ki, bu ilin yanvar-fevralında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 9 606 nikah və 2 505 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5-dən 5,9-a qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.
 
Bu ilin birinci rübündü Azərbaycan əhalisinin nominal gəlirləri 16 005,5 milyon manat təşkil edib, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,9% çoxdur. Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 18,5% artaraq 1 593 manata çatıb.
 
Ləman Qasımova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol