Doktorant və dissertant hazırlığı üzrə qəbul elan edilib

Bu il üçün doktorant və dissertant hazırlığı üzrə Səhiyyə Nazirliyinin tabeliyində olan ali təhsil və elmi müəssisələrə qəbul elanı verilib.
Nazirlikdən verilən məlumata görə, doktoranturaya və dissertanturaya sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Doktoranturaya və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər Təhsil Nazirliyinin http://portal.edu.az sisteminə daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
www.anews.az
Son xəbərlər 
Daha çox 























