• $
  • €
  • ₽
  • ₺
  • £

Masallıda ata 12 yaşlı qızının zorlandığını deyir

Masallıda ata 12 yaşlı qızının zorlandığını deyir
18.04.2022 17:24
Masallıda ata 12 yaşlı qızının 60 yaşlı qonşusu tərəfindən zorlandığını iddia edir. 

Bu barədə qızın atasının sosial şəbəkədə müraciəti paylaşılıb. O bildirib ki, hadisə yanvar və fevral aylarında uşaq evdə tək olarkən baş verib. Atanın sözlərinə görə, qonşu iki dəfə qızı zorlayıb və onu anası və qardaşını öldürməklə hədələyib ki, hadisəni heç kimə danışmasın. Ata hadisə ilə bağlı polisə və prokurorluğa müraciət etdiklərini bildirib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məsələ ilə bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılsa da, cinayət işinin açılmasından imtina edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı imtina qərarı ləğv edilib.

"Baş Prokurorluq tərəfindən qeyd edilən araşdırma materialı öyrənilməklə qəbul edilmiş qərar ləğv edilib və təkrar araşdırma aparılması üçün Masallı Rayon Polis Şöbəsinə göndərilib. Hazırda araşdırma davam edir", o bildirib.
 
12 yaşlı uşağın atasının müraciətini aparıcı Elgiz Əkbər sosial şəbəkədə paylaşıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol