• $
  • €
  • ₽
  • ₺
  • £

Respublika çaylarında və tranzit çaylarda mövcud vəziyyət

Respublika çaylarında və tranzit çaylarda mövcud vəziyyət
19.04.2022 14:29
Son günlər havaların yağmursuz keçməsi nəticəsində çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuğun azalması müşahidə olunub. Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.


Onun sözlərinə görə, Kür çayının yuxarı axınında-Qıraqkəsəmən məntəqəsində aprelin 6-dan başlayaraq suyun səviyyəsi 97 sm azalıb. Hazırda su sərfi 365 m3/san olmaqla normanın 49 faizini təşkil edir ki, bu da keçən il ilə müqayisədə 6 faiz azdır.  


"Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 106 sm azalıb, hazırda su sərfi 88,5  m3/san olmaqla normanın 53 faizini təşkil edir ki, bu da keçən il ilə müqayisədə 16 faiz azdır. 


Kür çayının aşağı axınında Yevlax məntəqəsində suyun səviyyəsində ciddi dəyişiklik olmayıb, hazırda su sərfi 122 m3/san olmaqla normanın 45 faizini təşkil edir ki, bu da keçən ilə yaxındır. 


Kür-Zərdab məntəqəsində aprelin 15-dən başlayaraq suyun səviyyəsi 61 sm azalıb, hazırda su sərfi 103 m3/san olmaqla normanın 33 faizini təşkil edir ki, bu da keçən il ilə müqayisədə 19 faiz azdır. 


Kür-Surra məntəqəsində aprelin 14-dən başlayaraq suyun səviyyəsi 35 sm azalıb, hazırda su sərfi 90 m3/san olmaqla normanın 12 faizini təşkil edir ki, bu da keçən ilə yaxındır. 


Kür-Şirvan məntəqəsində aprelin 15-dən başlayaraq suyun səviyyəsi 10 sm azalıb, hazırda suyun səviyyəsi 129 sm olmaqla keçən il ilə müqayisədə 12 sm çoxdur. 


Kür-Salyan məntəqəsində aprelin 17-dən suyun səviyyəsi 25 sm azalıb, hazırda suyun səviyyəsi 358 sm olmaqla keçən il ilə müqayisədə 6 sm azdır. 


Kür-Bankə məntəqəsində aprelin 14-dən  suyun səviyyəsi 18 sm azalıb, hazırda suyun səviyyəsi 79 sm olmaqla keçən il ilə müqayisədə 34 sm aşağıdır. 


Araz çayının Novruzlu məntəqəsində isə aprelin 13-dən başlayaraq suyun səviyyəsi 30 sm azalıb, hazırda suyun səviyyəsi 60 sm olmaqla keçən il ilə müqayisədə 22 sm çoxdur”.


A.Verdiyev qeyd edib ki, hazırda Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq normadan 17 faiz çox, Oğuz-Qəbələ bölgəsi çaylarında normadan 25 faiz az, Quba-Xaçmaz bölgəsi çaylarında normadan 7 faiz az, Kiçik Qafqazın çaylarında isə normadan 53 faiz azdır. Yaxın günlər ərzində gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı gözlənilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol