• $
  • €
  • ₽
  • ₺
  • £

AXCP üzvü sərbəst buraxıldı

AXCP üzvü sərbəst buraxıldı
19.04.2022 18:04
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elxan Əliyev  sərbəst buraxılıb, bu barədə partiyadan bildirilib. 

Fəal aprelin 18-də inzibati həbsini başa vurduqdan sonra Bakıda İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinin yanında saxlanaraq Tovuza aparılmışdı.
O, hakim Nofəl Mustafayevin sədrliyi ilə aprelin 19-da keçirilən prosesdə ondan ərizə alınıb, daha sonra azadlığa buraxılıb. 

"Tovuz rayon Məhkəməsi bu inzibati iş üzrə mənim üzərimə 8 min 50 manat borc öhdəliyi qoyub. Mən həmin borcun 5 min 800 manatını ödəmişəm. Zərərçəkən vəfat etdiyinə görə inzibati icraata xitam verilməli idi. Buna baxmayaraq, məhkəmə işə xitam verməyib. Öhdəliyim və axtarışa verilməyim ilə bağlı da mənə hər hansı xəbərdarlıq edilməyib", - fəal bildirib. 

Partiya sədrinin müşaviri Məmməd İbrahim bildirmişdi ki,  aprelin 18-də Əliyevin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsindən azadlığa buraxılandan sonra yenidən tutulub. Məntəqənin yanında Elxan Əliyevə iki mülkigeyimli şəxs yaxınlaşaraq axtarışda olduğunu bildirib.

Partiyadan qeyd olunub ki, bu saxlanılma Əliyevin siyasi fəaliyyəti ilə bağlıdır.

Əliyev martın 19-da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 30 sutka inzibati qaydada həbs olunub.Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirməyib. 

Əliyev saxlanarkən maşınında 2 min 500 manat pul olduğunu və həmin pulun yoxa çıxdığını açıqlamışdı. Amma Daxili İşlər Nazirliyindən polisin onun maşınından pul götürmədiyini bildirmişdi.
 
Ləman Qasımova


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol