Qarabağ müharibəsi iştirakçısı hərbi hissəyə komandir təyin edilib

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının N saylı hərbi hissəsinin "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin (XTD) komandiri, Qarabağ müharibəsi iştirakçısı, polkovnik Zəfər Yusibov Daxili Qoşunlarının Bakıda yerləşən N saylı hərbi hissələrinin birinə komandir təyin olunub.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı təsdiqləyib.
Yusibov 1982-ci ildə Şəkinin Çayqaraqoyunlu kəndində dünyaya gəlib. 1999-cu ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olub. 2003-cü ildə DİN Daxili Qoşunlarında xidmətə başlayıb. Ölkə və DİN rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılıb. 2019-cu ilin avqustunda daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ona növbədənkənar mükafat qaydasında "polkovnik” rütbəsini təqdim edib.
Z.Yusibov yarası sağalmamış yenidən döyüşlərə qatılıb və Kəlbəcərin düşməndən azad olunmasında iştirak edib.
www.anews.az
























