• $
  • €
  • ₽
  • ₺
  • £

Samir Aşurov aclıq aksiyası edir

Samir Aşurov aclıq aksiyası edir
21.04.2022 16:19
Almaniyadan readmissiya olunandan sonra saxlanılan Samir Aşurov aclıq aksiyasına başlayıb. Bu barədə bu gün, aprelin 21-də onun vəkili Elçin Sadıqov deyib.

Aclıq aksiyasına səbəb aprelin 19-dan həbsdir. 

"Samir Aşurov bildirir ki, aprelin 19-da xarici pasport alıb, ölkəni tərk etmək istəyirmiş. Bu səbəbdən məhz aprelin 19-da ona qarşı təxribat qurulub. Qeyd etdi ki, evinə çatan vaxt, Bakıda Neftçilər metrosu yaxınlığında bir nəfər qışqıra-qışqıra ona tərəf gəlib və onu yerə yıxıb. Samir onun əlindən çıxıb qaça-qaça "polis, polis” deyə qışqırıb. Həmin vaxtı polis dərhal Samiri tutub. Sonra gödəkcəsinin sağ cibinə bıçaq qoyublar. O bıçağı cibindən çıxarıb tullayıb. Bu zaman bıçağı gətirib onun sol cibinə qoyublar. Bundan sonra onu Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparıblar. Bildirdi ki, 24-cü Polis Bölməsində onu döyüblər.Mən onunla görüşəndə sinəsində və gicgah nahiyyəsində qançır izləri var idi. Bildirdi ki, həbsinə etiraz olaraq aprelin 19-dan aclıq aksiyası keçirir,” vəkili jurnalistlərə açıqlamasında deyilib.

Polisin döymə faktını  Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev təkzib edir.

Samir Aşurov aprelin 19-da saxlanılıb. Yaxınlarının sözlərinə görə, aprelin 19-da axşam saatlarında Samir Aşurov zəng edərək evə gəldiyini deyib, lakin sonra ondan bir xəbər çıxmayıb, mobil telefonuna isə zəng çatmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, aprelin 19-da saat 21 radələrində Nizami rayon ərazisində Bakı sakini Samir Aşurov aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki sakini Elşən Nəbiyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanıb, S.Aşurov saxlanılaraq istintaqa təqdim edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.


"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 29 mart tarixində 38 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.  Almaniyadan readmissiya olunan  Azərbaycan vətəndaşı arasında siyasi fəal Samir Aşurov da  olub. 


2018-ci ildə Azərbaycanda Aşurov iki dəfə müvafiq olaraq 30 və 60 sutka inzibati həbsə məruz qalıb, bundan sonra Almaniyaya mühacirət edib və orada Azərbaycan hakimiyyətini tənqid etməkdə davam edib. O, ölkəni tərk edərkən REAL Hərəkatının üzvü olub.
Almaniya hökuməti ona sığınacaq verməkdən imtina edib.
 
Ləman Qasımova





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol