• $
  • €
  • ₽
  • ₺
  • £

Sinif yoldaşını bıçaqlayan qız məktəbə gəlib, mühafizə hara baxırmış?...

Sinif yoldaşını bıçaqlayan qız məktəbə gəlib, mühafizə hara baxırmış?...
25.04.2022 23:51
Gəncə şəhər 8 saylı orta ümumtəhsil məktəbштdə sinif yoldaşını bıçaqlayan şagird məktəb rəhbərliyinin və polisin icazəsi olmadan  məktəbə gəlib, məktəbin qapısından içəri girib və məktəbin mühafizə xidməti bunun qarşısını almayıb. 
 
Belə ki,  tənəffüs zamanı  9-cu sinif şagirdi üstündə olan bıçaqla sinif yoldaşını boğaz və kürəyindən bıçaqlayaraq qaçıb. Bıçaqlanan məktəbli təcili xəstəxanaya yerləşdirilib. Məktəbdən bildirilib ki, hadisəni törədən şagird tez-tez münaqişə yaratmağa meylli olub. O, bir müddət əvvəl bıçaqladığı sinif yoldaşının paltarlarını da doğrayıbmış.

Məktəbin direktoru Elnur Qasımov da sinif yoldaşına bıçaqla zərbə vuran qızın məktəbə gəlməsini təsdiqləyub.  Gəncə Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev isə anews.az-a açıqlamasında bildirib ki, həmin şagird məktəbə buraxılmamalı,  məhkəmə qərarı verilənə kimi alternativ təhsil almaq üsullarından istifadə edilməklə dərslərə cəlb olunamalı idi.
 
"Hadisə baş verəndən sonra həmin məktəbli yenidən məktəbə gəlib. Lakin direktor onu ayrıca  otağa salıb. Məktəbə polis dəvət olunandan sonra uşaq yenidən evə göndərilib. Dərs ilinin bitməsinə iki ay qalıb. Btədris edilcək", - şöbə müdiri əlavə edib.
 
2019-cu il "Ümumi təhsil haqqında” Qanunda təhsil müəssisələrinin təhlükəsizliyi ilə bağlı dəyişiklik yer alsa da bu dəyişiklik hələ ki təsdiqlənməyib.
 
Dəyişikliyə görə təhsil alanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mühafizə xidməti təşkil olunmalı idi. 
 
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, bu kimi halların baş verməməsi üçün  məktəblərdə ciddi mühafizə sistemi qurumalıdır. 

"Orta məktəblərdə şagirdlərin qərar verməsi öz ixtiyarında olan məsələ olmadığı üçün onlar üçün təhlükəsizlik sistemi ciddi şəkildə qorunmalıdır. Şagirdlərin bir-biri ilə davranışı, məktəb rəhbərliyi və valideynlərin məsuliyyəti kompleks şəkildə idarə olunmalıdır. Əgər şagird cinayət törədibsə, bu digər şagird və valideynlər arasında haqlı olaraq narahatlıq yaradacaq. Ona görə də bu cür narahatlıqların baş verməməsi üçün təhlükəsizlik vacibdir", - ekspert bildirib. 
 
Ekspert İlham İsmayıl isə məktəblərdə mühafizə sisteminin olmasını doğru hesab etmir.
 
"Nə SSRİ dövründə nə də indi məktblərdə mühafizə sistemi olmayıb. Çünki bu doğru qərar deyil. Bakıda bəzi məktəblərdə mühafizə var. Amma rayon və kənd məktəblərində ümumiyyətlə bu sistem yoxdur. Azərbaycanda son zamanlar təhlükəsizliklə bağlı ali məktəblərdə bu xidmət aktivləşib. Məktəblərdə mühafizə sistemi yaradılarsa bu kriminal vəziyyətin yaranmağına bir az da səbəb ola bilər. Bu cür hadisələrin qarşısının almasının tək yolu proflaktik tədbirlərin aparılmasıdır", - İlham İsmayıl vurğulayıb. 
 
Milli Məclisinin Elm və Təhsil komitəsinin üzvü deputat Musa Qasımlının fikrincə bu cür hadisələr hər zaman baş verir və bunun qarşısını almaq  mümkün olmur. 
 
"Bütün dünyada bu cür və buna bənzər hadisələr baş verir. Məktəb və sinif rəhbərliyi şagirdləri fərd olaraq yaxından tanımalıdır. Onlarla davamlı söhbətlər aparmalıdır. Valideynlər də məktəblə davamlı sıx təmasda olmalıdır və övladının təlim-tərbiyəsi ilə maraqlanmalıdır",- deputat bildirib.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol