• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı şəhər prokuroru dəyişilib - YENİ TƏYİNAT

Bakı şəhər prokuroru  dəyişilib - YENİ TƏYİNAT
27.04.2022 15:25
Bakı şəhər prokuroru İlqar Abbasovun vəzifədə qalma müddəti bitib. Onu bu vəzifədə Baş prokurorluğun Təşkilat və İcraata nəzarət şöbəsinin müdiri Elşən Abbasov əvəz edib. Bu barədə anews.az-a adının anoniim saxlanmasını istəyən iki mənbə bildirib. 
 
"İlqar Abbasov Bakı şəhər prokuroru vəzifəsinə 5 ilə təyin edilmişdi. Onun səlahiyyət müddəti bitib və yenidən bu vəzifəyə təyinat almayıb.  Baş prokurorluğun Təşkilat və İcraata nəzarət şöbəsinin müdiri Elşən Abbasovun Bakı şəhər prokuroru təyin edildiyi bildirilib", - mənbə deyib. 
 
Mənbənin verdiyi məlumata görə, Elşən Abbasovun təyinatı ilə bağlı müvafiq əmr hələlik imzalanmayıb.
 
İlqar Abbasov Naxçıvan şəhərində anadan olub.  Onun 44 yaşı var. Bakı şəhər prokuroru təyin olunmazdan qabaq Naxçıvan Muxtar Respublikası, Lənkəran rayonu  və Bakı şəhəri Səbail Rayonu prokurorluqlarında işləyib.

Bundan sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində çalışan İlqar Abbasov Baş prokurorun köməkçisi vəzifəsinə yüksəlib. 2009-cu ildən etibarən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışan Abbasova 2014-cü ildə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi (ədliyyə general-mayoru) verilib.
 
Ləman Qasımova
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol