• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell “010” prefiksli" yeni nömrələri satışa çıxarıb

Azercell “010” prefiksli" yeni nömrələri satışa çıxarıb
28.04.2022 11:48
Lider mobil operator müştərilərə eksklüziv seriyalara sahib olmaq şansını yaradıb.
 
Ötən ilin noyabr ayında "Yeni 010 nömrələri – Qaliblərin seçimi!” şüarı altında hər kəsin çoxdan gözlədiyi yeni prefiksi istifadəyə vermiş "Azercell Telekom” abunəçilərin zövqlərini oxşayan yeni nömrələri satışa çıxarıb. Beləliklə, 27 aprel 2022-ci il tarixindən etibarən hər kəs "010” prefiksli 3, 4 və 5 rəqəmləri ilə başlayan gözəl nömrələri seçərək əldə edə bilər. Müştərilər hazırda satışda olan nömrələr barədə daha ətraflı şəkildə www.azercellim.com veb-səhifəsi vasitəsilə tanış ola bilərlər. Bu səhifə istifadəçilərə istədikləri nömrəni qısa müddət ərzində axtarıb tapmağa, onlayn ödəniş etməklə rahat şəkildə rəsmiləşdirməyə imkan yaradır.

Xatırladaq ki, Azercell şirkəti "010” prefiksli yeni nömrələri Vətən müharibəsində əldə etdiyimiz qələbənin ilk ildönümünün şərəfinə mobil rabitə bazarına təqdim edib. Qeyd edək ki, www.azercellim.com saytı iri miqyasda nömrə sifarişini onlayn rejimdə gerçəkləşdirən ilk belə platformadır. Öz müştəriləri üçün daha rahat bağlantını təmin etməyi və rəqəmsal xidmətlərin daha əlçatan olmasını hədəfləyən Azercell şirkəti yeni "010” nömrələrinə sahib olacaq abunəçilərinə yalnız xoş xəbərlər almağı arzu edir.




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol