• $
  • €
  • ₽
  • ₺
  • £

BDU-da Kitab Evi və Dil Mərkəzi açılıb

BDU-da Kitab Evi və Dil Mərkəzi açılıb
28.04.2022 14:04
Bakı Dövlət Universitetində Kitab Evi açılıb. Bu barədə universitet məlumat yayıb.

Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Kitab Evi tələbə və əməkdaşların üz tutduqları əsas məkanlardan biri olacaq.

O bildirib ki, burada tələbələr elmin müxtəlif sahələrinə aid kitablar ala biləcəklər.

 "Kitab Evində dərs kitabları ilə yanaşı, bədii, elmi, siyasi ədəbiyyat, böyük Zəfərimizlə bağlı kitablar, eləcə də dəftərxana ləvazimatları əldə etmək mümkündür. Tələbələr tədris prosesində lazım olan bütün dərslik və vəsaitləri burada sifariş verə bilərlər. Gələcəkdə həmin vəsaitlərə tələbələrin planşetlərdə istifadə edə bilməsi üçün onların elektron versiyaları da əlavə olunacaq. Kitabların məzmunu və keyfiyyəti ilə bağlı tələbələrin rəyləri nəzərə alınacaq”, o bildirib.

Elçin Babayev BDU-nun Elmi Kitabxanasının bu ilin sonuna qədər tam elektronlaşacağını vurğulayıb.
 
"Gələcəkdə Kitab Evinin qarşısında günəş batareyaları və digər texnoloji qurğular da yerləşdiriləcək. Tədricən ən təkmil texnologiyaları BDU-ya gətirəcəyik”, o qeyd edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol