Vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus əleyhinə 4 451 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 431, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 312, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 429, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 279 nəfərdir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























